"Konstruktiv əməkdaşlıqdan qaçanlar stabilliyi pozmağa çalışanların əlinə oynayırlar" - ŞƏRH EDİLDİ

"Konstruktiv əməkdaşlıqdan qaçanlar stabilliyi pozmağa çalışanların əlinə oynayırlar" - ŞƏRH EDİLDİ

“Bu gün həbsdə olan Tofiq Yaqublunun azad olunması üçün guya siyasi mübarizə aparan Seymur Həzinin qıcıqlandırıcı çıxışları və bəyanatları əslində onu sanki daha uzun müddətə həbsdə qalması üçün zəmin yaratmağa çalışır”. Bu barədə SİA-ya açıqlamasında Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndi deyib.

Onun sözlərinə görə, Tofiq Yaqublunun daha öncəki həbsləri zamanı istintağın obyektiv aparılması üçün dəfələrlə çağırışları olub. Lakin bu gün irəli sürdükləri konstruktiv əməkdaşlıqdan qaçan qüvvələr istər bilərəkdən yaxud bilməyərəkdən ölkədə stabilliyi pozmağa çalışan qüvvələrin əlinə oynayırlar: “Hazırda Qafqaz,ortadoğu və avropanın şimalında çox ciddi proseslər gedir. Dünya xəritəsinin dəyişdirilməsi istiqamətində işlərin gedildiyi hiss olunur. Biz bu proselərin avropada da getdiyini şahidi olmuşuq və sonuncu dəyişiklikdə Kosova dövlətinin yarandığının şahidi olduq.Qarabağda hərbu uğurumuz başa çatsa da siyasi tanıtım davam edir”.

V.Əfəndi qeyd edib ki, ardıcıl şəkildə ABŞ və Avropa parlamentlərinin ,QHT-lərin əleyhimizə verdiyi qərarların bir gün ciddi sanksiya ilə üzləşməməsi üçün pozuculuq və xarici təşkilatlara çuğulluq etməyi peşə seçənləri durdurmalıyıq: “Bunu sözlə, xahişlə başa salmaq mümkün olmadıqda azadlığın məhdudlaşdırılması məcburiyyəti yaranır. Bu məcburiyyət təbii ki ,əleyhimizə işləsə də başqa seçim qalmır”.

Bütün xəbərlər Facebook səhifəmizdə