Bakı şəhərinin baş planında nəqliyyat və tıxaclarla bağlı hansı dəyişikliklər olacaq? -MÜNASİBƏT BİLDİRDİ
Bakı şəhərinin 2040-cı ilə kimi həyata keçiriləcək izahlı baş planı tərtib olunub. 28 May dəhlizi layihəsinə əsasən, istismardan çıxarılmış dəmir yolu xətlərinin şəhərdaxili hibrid yaşıl dəhliz kimi inkişafı təklif edilir. Dəhliz xətti park vasitəsi ilə Gənclik metrostansiyasının ətrafını Bakı limanı və Bakı Bulvarı ilə birləşdirəcək və burada tramvay xətləri və ictimai yaşıllıq marşrutları, istirahət, əyləncə, yaşayış (təqribən 15,1 ha) və hətta mədəniyyət və yaradıcılıq sahələri (təqribən 9,7 ha) yaradılacaq. Bu plan şəhərdə hansı dəyişikliklərə səbəb olacaq, tıxacların aradan qaldırılmasına kömək edəcəkmi? Bu haqda sosioloq Əhməd Rəhmanovun fikirlərini öyrəndik.
"Bakıda tıxacların və ictimai nəqliyyatda sıxlığın aradan qaldırılmasını hələ 10 il bundan əvvəl intellektual nəqliyyat layihəsi başlayanda bizə söz vermişdilər". Bu sözləri SİA-ya açıqlamasında sosioloq Əhməd Rəhmanov deyib.

O, sözlərinə davam edərək deyib ki, əvəzində bu gün də pik saatlarda şəhər nəqliyyatından və metrodan istifadə faciəvi dərəcədə qalıb: "Odur ki, nəyin, hansı işin yaxşı və ya pis olması onun inşaatından yox, idarə edilməsindən asılı olan işdir. Kiçik bir misal götürək. Gənclik Mall-un qarşısında və yaxud Velotrek deyilən yerdə axşam saatlarında taksi sürücülərinin əlindən avtobus dayanacagına yaxın durmaq olmur. Sərnişinlər məcbur olur ki, minik maşınlarının arasından keçib avtobusa əyləşsin. Həmin yerdə elə bilirsiniz ki, taksi dayanacağı yoxdur? Əlbəttə, var. Amma idarəolunma düz aparılmadığından xaos yaranır. Eləcə də, bu məsələ bir layihə kimi gözəldir, qalır onun idarə edilməsi. Bu, birinci məsələdir. İkinci məsələ bu layihə həyata keçən dövrdə, yəni inşaat işləri aparılan vaxt bu yollardan istifadə edən nəqliyyatın gedişi necə olacaq? Bu da başqa bir sual yaradır. Yenə əvvəl dediyim kimi, hər iş idarəolunmadan asılıdır".
Sosioloq xahiş edərək əlavə edib: "Bir sərnişin kimi ümid edirəm, vaxtı ilə böyük maraqla qarşılanan və dayanacaqlarda quraşdırılan monitorların aqibəti kimi bu idarəetmə də ancaq öz görünüşü ilə yox, işə yararlı olması ilə insanları sevindirəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB