Həmrəylik və birliyimizdən doğan Şanlı Zəfərimiz – DEPUTATIN ŞƏRHİ

Həmrəylik və birliyimizdən doğan Şanlı Zəfərimiz – DEPUTATIN ŞƏRHİ

“Dünya azərbaycanlılarının təşkilatlanması, ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi, diaspor quruculuğu işinin ideya müəllifi Azərbaycan tarixinin və dövlətçiliyinin şərəfli səhifələrini yaradan Ulu Öndərimiz Heydər Əliyev olub. Ümummilli Liderin təşəbbüsü ilə Naxçıvan Ali Məclisi "Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında" 1991-ci il 16 dekabr tarixli qərarı ilə dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilib. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Bu əlamətdar günü dünyanın 70-dən çox ölkəsində məskunlaşan azərbaycanlılar qeyd edir. Bu gün əsası Heydər Əliyevin əsasını qoyduğu siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib

Deputat bildirib ki, bu gün əzəli torpaqlarımızın işğaldan azad olunması və ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda aparılan İkinci Qarabağ savaşında qazanılan tarixi Qələbəni bütün dünya azərbaycanlıları yaşadı: “Azərbaycanlılar həmrəy oldu, bir yumruqda birləşirdi. Bütün Türk dünyasının mədəniyyət beşiyi qədim Şuşa şəhərində Dünya Azərbaycanlılarının V qurultayının keçirilməsi tariximizdə yeni səhifə açdı. Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev söylədiyi geniş nitqində bu mötəbər tədbiri Zəfər qurultayı elan etdi. Çünki tarixi Zəfərdən sonra ilk dəfə idi ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirirdi. Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi, dövlətimiz qalib dövlət kimi yaşayacaq, əbədi olacaq. Azərbaycan xalqı 30 il davam edən işğala son qoymaq üçün öz Prezidentinin ətrafında birləşdi, öz birliyini, iradəsini və gücünü ortaya qoydu, ədaləti bərpa etdi, beynəlxalq hüququ bərpa etdi və bütün dünyaya haqlı mövqeyini sübut etdi. Həmrəylik gününü ilk dəfədir ki, Azərbaycanda ərazilərimizin işğaldan tam azad olunduğu, suveren hüquqlarımızın hər kənd, qəsəbə və şəhərlərdə vərpa edildiyi, üçrəngli bayrağımızın bütün Qarabağda, Şərqi Zəngəzurda dalğalandığı bir vaxtda qeyd edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə