"Qazandığımız uğurlar Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır" - Sahib Alıyev
“2023-cü ildə dövlətimiz misli görülməmiş uğurlar əldə etdi. Bu uğurlar Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 2023-cü ildə Onun axıra çatdıra bilmədiyi planlarını davamçısı Prezident İlham Əliyev reallaşdırdı”. SİA xəbər verir ki, bu sözləri Milli Məclisin payız sessiyasının sonuncu iclasında deputat sahib Alıyev deyib.
Prezidentin siyasətinin arxasında Heydər Əliyev siyasəti dayanır. Onun “Qarabağ Azərbaycandır!” cümləsi Ulu Öndərin siyasətinə sadiq olduğunu göstərir. 2023-cü ildə təmin etdiyimiz ərazi bütövlüyümüz bunun bariz göstəricisi oldu. Biz bu qələbəmizi yumşaq güclə sərt gücün birləşdirilməsi ilə əldə edə bildik. Bu, Prezident İlham Əliyevin sülhə məcburetmə siyasətindən irəli gəlir. Ermənistanın COP29-un Azərbaycanda keçirilməsini dəstəkləməsi Prezident İlham Əliyevin sülhə məcburetmə siyasətinin təntənəsi idi”.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB