Prezident İlham Əliyevə ünvanlanan təbrik məktubları ölkəmizin və ölkə Liderinin beynəlxalq miqyasda nüfuzunun artmasının təzahürüdür
Bu gün Azərbaycanın müstəqil dövlət kimi dünya birliyində layiqli yer tutması, sözünün imzası qədər əhəmiyyəti, sabitlik diyarı kimi nüfuz qazanaraq bütün sahələrdə inkişafı, bir sözlə, yeniliyə əsaslanan inkişaf modeli liderlik amili ilə birbaşa bağlıdır. Məhz bu gün Qalib Sərkərdə Prezident İlham Əliyevin "Dəmir yumruq" siyasətinin gücü ilə Güclü Ordumuzun rəşadətli əsgər və zabitlərinin birliyi və qəhrəmanlığı ilə xalqımızın müstəqillik arzularını gerçəkləşdirdi. Və bu gün Azərbaycanın qalib Lideri, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edərək tarixi nailiyyətlər qazanır dünyada getdikcə nüfuzu artan Azərbaycan beynəlxalq münasibətlərdə önəmli rol oynayır, qlobal iqtisadi və humanitar layihələrdə liderlik keyfiyyətləri nümayiş etdirir.
Ulu öndər Heydər Əliyevin siyasi kursunu son 20 il müddətdə bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin təkmil, yenilikçi siyasətinin nəticəsində Azərbaycanın istər daxildə, istərsə də beynəlxalq münasibətlər sistemində qazandığı uğurların yol açdığı tarixi Zəfərimiz, məhz Qalib Liderimiz İlham Əliyevin "Dəmir Yumruq" siyasəti ilə Güclü ordumuzun qəhrəman əsgər və zabitlərinin rəşadətilə ərazi bütövlüyümüz bərpa oldu, haqq, ədalət qalib gəldi. Və bu gün Azərbaycana olan beynəlxalq baxış, daxildə xalq-Prezident birliyinin, həmrəyliyinin sarsılmazlığı bir daha Heydər Əliyev siyasətinin alternativsizliyinin təsdiqidir. 2003-cü ilin prezident seçkiləri ərəfəsində ulu öndər Heydər Əliyev xalqa etimadın növbəti ünvanını göstərərkən İlham Əliyevə özü qədər inandığını, gələcəyinə böyük ümidlər bəslədiyini bildirdi. Qazanılmış uğurların davamlılığını, Azərbaycanın xoşbəxt gələcəyini şərtləndirən əsas amillərdən biri kimi Prezident İlham Əliyevin yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyət olmasını xüsusi vurğuladı. Hər birimiz sonsuz sevinc və iftixar hissi keçiririk ki, bugünkü qalib Azərbaycan həmin inamın, etimadın, liderliyin təqdimatıdır. Və son 20 ildə mühüm beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi beynəlxalq birliyin Azərbaycana inamının, etimadının təzahürü və Azərbaycan Prezidenti İlham Əliyev cənablarının qlobal miqyasda nüfuzunun göstəricisidir.
Xüsusilə də, dünya liderlərinin, tanınmış ictimai-siyasi xadimlərin, nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin Prezident İlham Əliyev cənablarına ad günü münasibətilə ünvanlanan təbrik məktublarında ifadə edilən fikirlərdə Azərbaycanın yüksək beynəlxalq nüfuza malik olması, regionun lider dövləti olaraq bir sıra mühüm beynəlxalq təşəbbüslərin müəllifi kimi tanınması, səmərəli tərəfdaşlıq münasibətləri ilə beynəlxalq güclər sistemində özünə layiqli yer tutması diqqətə çatdırılır. Bütün bunlarla yanaşı, respublikamızın beynəlxalq münasibətlərdə oynadığı önəmli rol, qlobal iqtisadi və humanitar layihələrdə liderliyi önə çəkilir, dünya ölkələrinin təhlükəsizlik, enerji və demokratik idarəetmə məsələlərində uğurlu səyləri yüksək qiymətləndirilir. Xüsusilə, dünyada BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisatı olan Qoşulmama Hərəkata Azərbaycan Prezidenti İlham Əliyev cənablarının 2019-cu ildən etibarən üç il müddətinə sədrliyi dövründə gördüyü işlərə, irəli sürdüyü təşəbbüslərə və təsisatın fəaliyyətinin genişləndirilməsi, beynəlxalq aləmdə nüfuzunun artması istiqamətində atdığı addımlara görə ölkəmizə etimadın göstəricisi kimi Hərəkata sədrliyi daha bir il uzadıldı. Dövlətimizin başçısının Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq müstəvidə davamlı və ardıcıl şəkildə irəli sürdüyü təşəbbüs və təkliflər daim həm Hərəkat, həm də digər ölkələrin geniş dəstəyini qazanıb. Ölkəmizin Hərəkata sədrliyinin ilk illəri COVID-19 pandemiyası ilə əlaqədar dünyanı sarsıdan qlobal səhiyyə böhranı dövrünə təsadüf etsə də, Azərbaycan özünün sədrlik gündəliyini çevik və effektiv şəkildə yeni reallığa uyğunlaşdırdı. Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatı pandemiya ilə mübarizədə qlobal lider rolunu öz üzərinə götürdü və dünya ictimaiyyətini bu təhdidlə mübarizədə səfərbər etdi. 2020-ci ilin mayında Hərəkatın COVID-19 ilə mübarizəyə həsr edilən liderlər səviyyəsində onlayn sammitinin keçirilməsi bu istiqamətdə atılmış ilk addımlardan biri idi. Sammitdə Prezident İlham Əliyev BMT Baş Assambleyasının pandemiya ilə mübarizəyə həsr edilən xüsusi sessiyasının keçirilməsini təklif etdi. Bu təklif 150-dən çox ölkə tərəfindən dəstəkləndi və 2020-ci ilin dekabrında xüsusi sessiya uğurla baş tutdu. Beləliklə, məhz Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının beynəlxalq aləmdə nüfuzu daha da yüksəldi, onun beynəlxalq gündəlikdə duran qlobal məsələlərin həllində rolu daha da artdı.
Bu faktı da vurğulamaq istərdim ki, bu gün Azərbaycan müxtəlif istiqamətlər üzrə bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edir və bu tədbirlər ölkəmizin tanınması, onun mədəniyyəti, tarixi haqqında məlumatların əldə olunması, iqtisadi imkanlar, gələcək layihələrin və əməkdaşlıq perspektivlərin dəyərləndiriləsi baxımından xüsusi əhəmiyyət daşıyır. Xüsusilə də, Beynəlxalq aləmin hər bir üzvünün razılığı BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Bakıda keçirilməsi ölkəmizin alternativ enerjiyə keçiddə öz imkanlarını nümayiş etdirmək üçün mühüm platformadır. Əlbəttə ki, bu səbəbsiz deyil. Bu Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində, onun prinsipial mövqeyi sayəsində əldə olunur. Bu faktı xüsusi olaraq qeyd etmək istərdim ki, Ermənistan Azərbaycanın xeyrinə COP29 sessiyasına ev sahibliyi etmək üçün öz namizədliyini geri götürdü. Çünki Azərbaycanın irimiqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə böyük təcrübəsi var. COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar beynəlxalq tədbirə hazırlıqla bağlı Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədəki çıxışında bildirib ki, COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq.
Bir sözlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə 20 il öncə həyata keçirilməyə başlanan uzaqgörən daxili və xarici siyasət Azərbaycanı dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxarıb. Dövlətimizin başçısı Azərbaycanın iqtisadi və hərbi qüdrətinin, beynəlxalq nüfuzunun gücləndirilməsi yolunda böyük inam və qətiyyətlə çalışıb. Vətən müharibəsi günlərində döyüşən orduya tapşırıqlarını birbaşa özü verib. Müzəffər Ali Baş Komandan üçrəngli bayrağımızın 30 ildən sonra Qarabağda, Şərqi Zəngəzurda yenidən dalğalanmasına nail olub. Bu Qələbə regionda yeni reallıqların yaranmasına səbəb olub. Beləliklə bu gün cənab Prezident İlham Əliyevin hərtərəfli siyasəti sayəsində Azərbaycan təkcə regional iştirakçı deyil, həm də qlobal problemlərin həllinə təsir edə bilən bir ölkədir. Azərbaycan Liderinin artmaqda olan nüfuzu ölkənin siyasi gücünü artırmaqla yanaşı, ölkəmizi bir çox sahələrdə Avropa qitəsi üçün vacib, əvəzolunmaz və etibarlı tərəfdaşa çevirib.
Beləliklə də, bu gün Prezident İlham Əliyev cənablarına ünvalanan təbrik məktubları da dövlət başçımızın son 20 ildə uğurla, qətiyyətlə Azərbaycanın haqq, ədalət təfdarı olduğunun göstəricisi olmaqla, həmçinin məktublarda ölkəmizin dünya arenasında yüksək nüfuz qazanması, beynəlxalq gündəlikdəki çoxsaylı mühüm məsələlərin həllində fəal rol oynaması, regional sülh və sabitliyin möhkəmləndirilməsi istiqamətində birgə əməkdaşlıq münasibətlərinin qurulması ilə bağlı nəzərəçarpan uğurlar əldə etməsi öz ifadəsini tapıb. Bütün bu dəyərləndirilmələr isə təbii ki, Prezident İlham Əliyevin beynəlxalq uğurlu siyasətinə, səmərəli fəaliyyətinə verilən yüksək qiymətin ifadəsidir.
ZƏRİFƏ QULİYEVA,
YAP Veteranlar Şurasının üzvü, "Modern İnkişaf və Ailə" İctimai Birliyinin sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB