"ABŞ-la münasibətlərimizdə "gərginlik" sözündən istifadə etmək doğru olmaz" - NAZİR

"ABŞ-la münasibətlərimizdə "gərginlik" sözündən istifadə etmək doğru olmaz" - NAZİR

"Azərbaycan-ABŞ münasibətlərində artıq "gərginlik" sözündən istifadə etmək doğru deyil. Oktyabr ayında yaranmış gərginliyin səbəbkarı isə biz deyildik. Səbəblər hər kəsə aydındır. O vaxtdan bəri biz müsbət tendensiyanın şahidi olduq". SİA xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekununa dair hesabat brifinqində deyib.

Onun sözlərinə görə, Azərbaycan ABŞ-la münasibətlərin inkişafında maraqlıdır: "Biz hər zaman yaxşı tərəfdaş olmuşuq. Müxtəlif sahələrdə əməkdaşlıq edib, çoxsaylı layihələr həyata keçirmişik. Azərbaycan hər zaman etibarlı tərəfdaş olub".

Nazir qeyd edib ki, Bakının gözləntisi münasibətlərin tamamilə normallaşması istiqamətində addımların atılmasıdır.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə