Ermənistanın işğalı altındakı 8 kəndlə bağlı müzakirələr aparılır - XİN
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanın işğalı altındakı 8 kəndlə bağlı müzakirələr aparıldığını bildirib. SİA-nın xəbərinə görə, o, dekabrın 28-də ilin yekunlarına dair mətbuat konfransında deyib ki, bu məsələ ilə bağlı rəsmi İrəvanın da müəyyən iddiaları var: "Biz konkret yaşayış məntəqələrindən danışırıq. Bu yaşayış məntəqələrinin kimə aid olmasında kimdəsə şübhə yoxdur. Bizim mövqeyimiz ədalətlidir".
Nazir vurğulayıb ki, delimitasiya prosesi kifayət qədər spesifik və texniki məsələdir: "Sərhəd məsələsi delimitasiya prosesinin tərkib hissəsi olaraq həllini tapmalıdır. Azərbaycan sülh məsələsinin mümkün qədər tez həllini tapmasında maraqlıdır. Amma delimitasiya məsələsi daha uzun çəkə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB