“Azərbaycan eyni anda 6-7 istiqamət üzrə bərpa işlərini həyata keçirir” - ŞƏRH EDİLDİ

“Azərbaycan eyni anda 6-7 istiqamət üzrə bərpa işlərini həyata keçirir” - ŞƏRH EDİLDİ

“Azərbaycan Böyük Qayıdış proqramına uyğun olaraq, tədbirlər toplusu həyata keçirir. Əslində dünya praktikasında hələ ki, belə nümunə yoxdur ki, qısa zaman kəsiyində tam dağıdılmış bir ərazi bərpa edilsin. Məsələn, Almaniya İkinci Dünya Müharibəsindən sonra tamamilə dağıdılmışdı. Müharibə bitdikdən 3 il sonra bərpa işləri ilə bağlı layihənin icrasına başlanıldı və proses 10 ildən artıq davam etdi. Azərbaycan isə qısa zaman kəsiyində yaşayış məntəqləri ilə yanaşı bütün infrastrukturların bərpası işi ilə məşğul olur”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Politoloq bildirib ki, erməni vəhşiləri ərazilərimizdəki bütün tarixi və mədəni abidələri dağıtmışdılar: “Azərbaycan hazırda eyni anda 6-7 istiqamət üzrə bərpa işlərini həyata keçirir. Həmçinin dövlətimiz bütün işləri müasir dövrə uyğun şəkildə aparır, smart şəhər və kəndlər salınır. Belə bir şəraitdə və qısa müddət ərzində məcburi köçkünlərin öz el-obalarına qayıda bilməsi böyük bir qəhrəmanlıqdır. Həmçinin biz multikultural dövlət olduğumuzu bu məsələdə bir daha nümayiş etdirdik. Belə ki, Azərbaycan qanunlarını qəbul edərək, ermənilər də ərazilərimizdə yaşamağa davam edə bilər”.

Bütün xəbərlər Facebook səhifəmizdə