Prezident Azərbaycanla Türkiyə arasındakı daha bir sazişi təsdiqləyib
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Saziş”in təsdiq edilməsi haqqında Fərman imzalayıb. SİA-nın xəbərinə görə, sənəd 2023-cü il noyabrın 13-də Ankara şəhərində imzalanıb
Fərmanda göstərilən Saziş qüvvəyə mindikdən sonra Mədəniyyət Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB