Prezident İlham Əliyev həm sözdə, həm də əməldə işini görür - SORĞU
Prezident İlham Əliyev Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu siyasətini uğurla davam etdirir. O, yeni əsrin yeni lideri olaraq Azərbaycanı inamla irəli aparır. SİA şəhər sakinlərindən Prezidentin 20 illik fəaliyyəti zamanı gördüyü işlər, uğurları barədə düşüncələrini əhatə edən sorğu keçirib.

Şəhər sakini Sədaqət İsgəndərova: “Müharibədən sonra ürəyimdən bir arzu keçdi ki, İlham Əliyevi görüm, ona ürək sözlərimi deyim. Bundan böyük qələbəmiz yoxdur, seçimimiz də göz qabağındadır. Ancaq İlham Əliyevdir. Müharibəni qələbə ilə başa vurduq, o böyük liderdir, siyasi xadimdir. Onun haqqında danışanda gözlərim dolur. Gözəl diplomat, gözəl insandır. Mənə elə gəlir ki, Onun əvəzi yoxdur. Bu sözlər mənim içimdən gəlir. Bəlkə, kimdəsə tərəddüd olardı, amma müharibədən sonra bildik ki, Azərbaycanın Lideri İlham Əliyevdir”.

Şəhər sakini ADPU-nun müəllimi Əziz Babayev: “İlham Əliyevin ən böyük nailiyyəti torpaqlarımızın bütövlüyünü təmin etməsidir. 20 ildə çox böyük işlər görüb, xalqın rifahını yaxşılaşdırıb. Yenə də onun namizədliyinin verilməsi çox məqsədəuyğundur. Həmişə mən Onu dəstəkləyirəm və Onun tərəfindəyəm”.

Şəhər sakini Fuad Qurbanov: “Azərbaycan vətəndaşı kimi Onu təbrik edirəm. Uğurlarını saymaqla bitməz, nə də mən deyə bilmərəm ki, ən böyük uğuru hansıdır. Mənim üçün ən böyük uğuru vahid Azərbaycanın yaradılmasıdır, Qarabağın azad edilməsidir. Dünən Xankəndidə futbol matçı keçirildi. Televizorda izləyirik, dünya siyasətçilərinin ona verdiyi qiyməti görürük. Bir dəfə Rusiya Prezidenti Vladimir Putinə sual verirlər ki, sizin üçün ən çətin dövlət başçısı, siyasətçi kimdir? Amerika, Çin prezidentlərini nəzərdə tuturlar. Putin gülüb deyir ki, onlar hamısı çox asandır. Mənim üçün ən çətin siyasətçi İlham Əliyevdir. Vətəndaş kimi bunun nə demək olduğunu anladınız. Başqa da uğurlar arzulayıram, 100 il yaşasın, yaratsın. Nə edirsə, bizim üçün edir”.
.jpg)
Şəhər sakini Məlahət Aqasıyeva: “Hər şey göz qabağındadır. Ən böyük fəaliyyəti kimi Qarabağın azad olunmasını deyə bilərəm. Bundan sonra da millətə diqqət yetirilməsini istəyərəm".

Şəhər sakini İsfahan Əhmədov: “Cənab Ali Baş Komandanın gördüyü bütün işlər göz qabağındadır. Birinci, bir əsrdə görülməyən problemi – Qarabağı azad etdi. Əvvəl orada ermənilər yaşayırdı, indi isə azərbaycanlılar yaşayır. Xankəndidə keçirilən futbol matçı onlara göz dağı oldu ki, İlham Əliyev həm sözdə, həm də əməldə işini görür. Şuşada görülən quruculuq işləri, görülən bütün işlər Onun fəaliyyətidir”.

Şəhər sakini Elnur Mahmudov: “Çox nailiyyətləri olub. Mənə görə bu günə qədər olan ən böyük fəaliyyəti az müddətdə - 44 gündə Qarabağı azad etməkdir. Həmişə Prezidentimiz olması ilə fəxr etmişik”.

Şəhər sakini Rafael Xəlilov: “İlham Əliyevin ən böyük uğuru Qarabağı geri qaytarması oldu. Azərbaycan üçün çox işlər görüb, saymaqla bitməz və onun sayəsində torpaqlarımızda rahat, firavan gəzə bilirik”.
Söylü Ağazadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB