Qarabağdakı seçki məntəqələrinin üzvləri orada məskunlaşanlar olacaq

Qarabağdakı seçki məntəqələrinin üzvləri orada məskunlaşanlar olacaq

“İşğaldan azad edilmiş ərazilərdə yaradılmış 26 seçki məntəqəsindən 22-24-ü ölkənin digər yerlərindəki seçki məntəqələrinə ən yaxşı nümunə ola bilər”. SİA xəbər verir ki, bu fikirləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib.

Sədr vurğulayıb ki, hazırda bu məntəqələrdə son tamamlama işləri aparılır: “Seçki məntəqələrinin üzvləri əsasən orada məskunlaşan şəxslərdən ibarət olacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə