Elşad Musayevin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənib

Elşad Musayevin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənib

Dekabrın 21-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. SİA xəbər verir ki, iclasda Böyük Azərbaycan Partiyası tərəfindən Elşad Musayevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin irəli sürülməsi məsələsi müzakirə olunub.

Müzakirələrdən sonra Elşad Musayevin növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkilərində namizədliyinin irəli sürülməsi təsdiqlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə