“Azərbaycan cəmiyyəti yüksək siyasi mədəniyyətə sahibdir” - MÜNASİBƏT
“Hər bir ölkədə seçkilər xüsusilə də, prezident seçkiləri həmin ölkənin maraqlarını müəyyənləşdirən başlıca prosesdir. Sözsüz ki, ölkənin gələcəyi ilə bağlı öz üzərində məsuliyyət hissi daşıyan hər bir cəmiyyət üzvü bu proseslərdə öz fəallıqları ilə seçilməlidirlər”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu deyib.
Onun sözlərinə görə, Azərbaycan cəmiyyəti yüksək siyasi mədəniyyətə sahibdir: “Cəmiyyətdə regionda beynəlxalq aləmdə cərəyan edən prosesləri çox aydın dərk edir və ona reaksiya nümayiş etdirə bilir. 2024-cü il 7 fevral tarixi Azərbaycan siyasi həyatında çox mühüm bir tarixdir. Müstəqilliyimizin tarixində ilk dəfə suverenliyimizin bütün ərazilərimiz boyunca təmin olunduğu şəraitdə prezident seçkiləri keçiriləcəkdir. Bu baxımdan, bu prezident seçkilərinin tarixi əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Lakin Azərbaycanda özünü müxalifət adlandıran bir qrup öz aləmlərində seçkiləri baykot etmək qərarına gəliblər. Bu təbii ki, bir sıra məqamlardan xəbər verir biricisi, bu mühüm prosesin əhəmiyyətinə kölgə salmağa cəhd kimi bunu adlandırmaq olar. Çünki ərazi bütövlüyümüzün təmin olunmasından sonra seçkilərə müxalifətin sərgilədiyi hazırkı reaksiya təbii ki, anlaşılan deyil və onların cəmiyyətin, dövlətin gələcəyi ilə bağlı proseslərdə maraqlı olmadığının göstəricisidir. Digər məqam ondan ibarətdir ki, görünür kənardan gələn təsirlər və təlimatlar əsasında keçiriləcək seçkilərlə bağlı şəffaf olmayan qərəzli müzakirələrin aparılması üçün də indidən əsas yaratmağa çalışırlar. Belə ki, seçkilərdən sonra müzakirə olunacaq müzakirələrin istiqamətini təxminən indidən müəyyənləşdirmək olar və əsas müzakirə də ondan ibarət olacaqdır ki, müxalifət bu seçkilərdə iştirak etmədi və bu da seçkilərlə bağlı fərqli mövqelər formalaşdırmağa imkan verə bilər. Çünki bu gün müxalifətin sərgilədiyi mövqe də məhz gələcəkdə bu müzakirələrə əsas yaratmaqdan ibarətdir. Onsuz da müxalifət çox aydın dərk edir ki, cənab İlham Əliyevə bu gün Azərbaycanda rəqib yoxdur, məhz cənab İlham Əliyevin iradəsi, strateji baxışları sayəsində və rəhbərliyi altında Azərbaycan şanlı ordusu torpaqlarımızı işğaldan azad etdi və Azərbaycan xalqı sözsüz ki, cənab İlham Əliyevin mandatının yenilənməsində yaxından iştirak etmək istəyir. Bununla da elə ölkə Prezidentinə seçkilər yolu ilə öz minnətdarlıqlarını, etimadını bir daha nümayiş etdirmək istəyirlər. Bunu bilən müxalifət təbii ki, özləri üçün ən rahat yolu seçkilərdə iştirakdan imtinanı görürlər”.
E.Mirbəşiroğlu onu da bildirib ki, dağıdıcı müxalifət gələcəkdə ölkəmizlə bağlı arzuolunmaz müzakirələrə yol açmağa çalışırlar: “Başqa məqam həmdə ondan ibarətdir ki, bu seçkilər “Siyasi partiyalar haqqında qanun”un qəbul olunmasından sonra keçilən ilk seçkilərdir. Özünü təsdiq edə bilən siyasi partiyalar bu seçkilərdə daha fəal iştirak etməlidirlər. Vaxtı ilə onlar “Siyasi partiyalar haqqında qanun”unla bağlı olduqca qərəzli ,həqiqətdən uzaq təsəvvürlər formalaşdırmağa çalışırdılar. Amma bu gün o qanun qəbul olunub və özləri bu proseslərdən özləri özlərini kənarda saxlayırlar elə bununla da özlərini təkzib etmiş olurlar. Əgər onlar özlərinə güvənən siyasi qüvvələrdilərsə bu seçkilərdə fəallıq nümayiş etdirərək ondan sonra nəticələr ətrafında müzakirələr apara bilərdilər. Amma bu gün bu mühüm prosesdən özlərini kənarda saxlamaqla, təcrid etməklə hesab edirəm ki, özləri haqqında onsuzda cəmiyyətdə oturuşmuş təsəvvürləri daha da möhkəmləndirirlər. Yəni onların heç bir siyasi gücü yoxdur və müvafiq olaraq da sosial l bazaları mövcud deyil. Bu baxımdan, hesab edirəm ki, 2024-cü il 7 fevral tarixli prezident seçkilərində Azərbaycan xalqı növbəti dəfə doğru seçim etməklə başladılan və region üçün mühüm olan proseslərin davam etdirilməsinə səs verəcəklər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB