"AXCP-nin seçkiyə qatılıb-qatılmaması cəmiyyətdə heç yarpaq titrəməsi də yaratmır" - PARTİYA SƏDRİ BİLDİRDİ

"AXCP-nin seçkiyə qatılıb-qatılmaması cəmiyyətdə heç yarpaq titrəməsi də yaratmır" - PARTİYA SƏDRİ BİLDİRDİ

AXCP sədri Əli Kərimli partiyasının fevralın 7-də keçiriləcək Prezident seçkilərinə qatılmayacağını bildirirərək “boykot” etdiyini bildirib.

Mövzu ilə bağlı SİA-ya danışan Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa bildirib ki, seçkilərə qatılıb qatılmamaq hər siyasi qüvvənin özünün qərarıdır: “Qatılsalar nolacaq? Ya hansı ideyalarla, fikirlərlə, yeni görüşlərlə cəmiyyət qarşısına çıxacaqlar? Hansısa bomboş demaqoji çıxışlarla bugünkü Azərbaycan dövlətində yer tutmaq, rəğbət qazanmaq imkanları da yoxdur. Bunu nəzərə alaraq bu addımı atırlar. İndiyə qədər Əli Kərimli də seçkiyə qatıldı, Cəmil Həsənli də qatıldı. Nə oldu? Hansı uğur qazandılar? Demaqoji çıxışdan başqa heç bir konseptual düşüncə, fikir ortaya qoya bilmədilər. Ona görə də onların seçkiyə qatılıb qatılmaması Azərbaycan cəmiyyətində heç yarpaq titrəməsi də yaratmır".

F.Mustafanın sözlərinə görə, bu seçki prosesi yeni prosesdir: "Ona görə ki, Azərbaycan torpaqları işğaldan azad olunandan sonra ilk dəfə keçirilən seçkilərdir. Onlar bu azad olunmaya məyus olublar. Azad olunmanı dəyərləndirən, böyük bir tarixi hadisə kimi qiymətləndirən, Azərbaycan dövlətinin apardığı siyasətə dəstək verən insanlar da bu seçkilərdə aktiv rol alacaqlar. Bu seçkilər Azərbaycanın gələcəyində çox mühüm bir başlanğıc kimi qalacaq".

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə