“COP29-ın Azərbaycanda keçirilməsi son dərəcədə əhəmiyyətlidir” - MÜNASİBƏT

“COP29-ın Azərbaycanda keçirilməsi son dərəcədə əhəmiyyətlidir” - MÜNASİBƏT

“COP29 Konfransının növbəti toplantısının Azərbaycanda keçirilməsi son dərəcədə əhəmiyyətlidir”. Bunu SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Azərbaycan dövləti son illər bir neçə belə mötəbər beynəlxalq təşkilatlara ev sahibliyi edib: “Amma bu bir qədər fərqlidir. Yəni xeyli dövlətin lideri, nümayəndəsi, təşkilat təmsilçiləri bu toplantılara iqlim dəyişikliyi ilə bağlı qatılır və fikir mübadiləsi aparacaqlar. COP29 konfransı ölkəmizdə həftələrlə, günlərlə davam edəcək və beləliklə də beynəlxalq aləmdə Azərbaycanın adı hallanacaq. Üstəgəl bunun başqa bir əhəmiyyəti də var. İkinci Qarabağ və antiterror tədbirlərindən sonra biz ərazi bütövlüyümüzü təmin etdik. Bizə qarşı müəyyən bəzi mərkəzlərin təzyiqləri var idi, amma bu cür toplantılara Azərbaycan ev sahibliyi etməklə bu təzyiqləri də netirallaşdırmış olur. Azərbaycanın belə bir beynəlxalq tədbirin keçirməsinə böyük dövlətlər şərait yaradıblar. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra belə bir nüfuzlu tədbirin ölkəmzdə keçirilməsinin böyük əhəmiyyəti var”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə