"Sarqsyanın bəyanatı hakimiyyət iddialarında dəstək qazanmaq məsdər daşıyır" - POLİTOLOQ ŞƏRH ETDİ

"Sarqsyanın bəyanatı hakimiyyət iddialarında dəstək qazanmaq məsdər daşıyır" - POLİTOLOQ ŞƏRH ETDİ

"Belə bəyanatlar daha çox daxili auditoriyaya hesablanmış və revanşist əhval-ruhiyyəni qorumaqla hakimiyyət iddialarında dəstək qazanmaq məqsədi daşıyır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Aytən Qurbanova Ermənistanın keçmiş prezidenti, Xocalı qatili Serjik Sarqsyan Polşanın Baş nazirinə yazdığı məktubda “Artsax” səhifəsinin bağlanmadığı ilə bağlı iddialarını şərh edərkən deyib.

Politoloq sözlərinə davam edərək bildirib ki, eyni zamanda, sülh danışıqlarında ikitərəfli platforma çərçivəsində müəyyən müsbət irəliləyişlərin olması da Sarqsyan kimi işğalçılıq ideologiyasının daşıyıcılarını və onları dəstəkləyən siyasi mərkəzləri narahat etməyə başlayıb: "Ona görə də, belə bəyanatlar vasitəsilə absurd fikirlər səsləndirməyə başlayıblar. Amma özləri də çox gözəl bikirlər ki, bir daha heç kim Azərbaycanın ərazi bütövlüyünü təhdid edəcək addım ata bilməz və qondarma rejimin cinayətkar “komandası” da artıq müvafiq qaydada məhkəmələr qarşısında törətdikləri bütün cinayət əməllərinə görə cavab verərək layiq olduqları cəzaları almağa başlayıblar".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə