“Ölkə başçısının müsahibəsi dünya ölkələrinin də marağına səbəb oldu“ - SİYASİ EKSPERT
“Prezident İlham Əliyev “Euronews”a müsahibəsində Azərbaycanın indiki daxili və xarici siyasətinin ən mühüm elementləri ilə bağlı vacib olan açıqlamaları verdi”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib. Onun sözlərinə görə, verilən açıqlamalar Azərbaycan ictimaiyyəti ilə bərabər, həm də müəyyən dünya ölkələrinin də marağına səbəb oldu: “Xüsusilə Vətən müharibəsindən sonra bölgədə baş verən proseslər, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin edilməsi üçün zəruri olan atılan addımlara siyasi və ideoloji arqumentlərin göstərilməsi dövlətimiz üçün olduqca əhəmiyyətlidir. Eyni zamanda Avropa məkanında Azərbaycana münasibətdə yanlış mövqe tutan qüvvələrin öz mövqelərində düzəlişlər etməsində də ölkə başçısının verdiyi müsahibə mühüm rol oynayır.
Azərbaycanın həyata keçirdiyi anti-terror tədbirlərinin zəruriliyinin Avropa məkanı üçün tutarlı formada izahının verilməsi məsələsi də olduqca vacib idi. Müharibədən və anti-terror tədbirlərindən sonra Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasında Azərbaycanın münasibəti də tam dəqiqliyi ilə öz əksini tapdı. Eyni zamanda Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına da elə günü bu gün Azərbaycanın hazır olmasının Avropa məkanının diqqətinə çatdırılması mühüm məqamlardan biri idi”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB