"İki əsirimizin geri qayıtması Azərbaycanın növbəti siyasi uğurudur" - MÜNASİBƏT BİLDİRİLDİ
"Dünən azərbaycanlı hərbçilər Hüseyn Axundov və Aqşin Bəbirov əsirlikdən azad olundular, evlərinə, Vətənə qayıtdılar. Əlbəttə ki, onların əsirlikdən azad olunmasının, bu haqda verilən qərarın ən böyük himayəçisi və təşkilatçısı Azərbaycan Prezidenti İlham Əliyevdir. Bilirik ki, sırf onun apardığı danışıqlar nəticəsində ötən həftə iki ölkə arasında girovların dəyişdirilməsi haqqında razılıq əldə olundu. Bu razılıqdan sonra uzun müddət erməni əsirliyində qalan iki gənc oğlumuz Vətənə qayıtdı. Bu, Azərbaycanın növbəti uğuru, beynəlxalq müstəvidə apardığı doğru siyasətin nəticəsidir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva deyib.
Onun sözlərinə görə, eyni zamanda, bu, Azərbaycanın nüfuzu ilə hesablaşma anlamına gəlir: "Hər bir azərbaycanlı bu hadisəni böyük sevinclə qarşıladı. Biz bunu sadəcə iki övladımızın dönüşü kimi qəbul etmirik. Bu, həm də Azərbaycan rəhbərinin insan kapitalına verdiyi böyük dəyərdir".
"İki gəncimizin bütün çətinliklərə rəğmən geri qaytarılmasına nail olunması özlüyündə Azərbaycan Prezidentinin hər bir vətəndaşının, o cümlədən, əsgərinin yanında olduğunu və onların taleyinin dövlətimiz üçün çox böyük əhəmiyyət kəsb etdiyini bir daha ortaya qoyur",- deyə o əlavə edib.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB