"Regionda layihələrin həyata keçirilməsi böyük önəm kəsb edir" - XİN başçısı
Bu gün keçirilən görüşdə ikitərəfli münasibətlərə paralel olaraq, çoxtərəfli platformalarda, BMT və onun təsisatları, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər formatlarda əməkdaşlıq barədə fikir mübadiləsi apardıq. SİA xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər Naziri Ceyhun Bayramov türk həmkarı Hakan Fidanla keçirdiyi mətbuat konfransında bildirib.
“Qonşu ölkələrin iştirakı ilə üçtərəfli və dördtərəfli formatlar da regionda layihələrin həyata keçirilməsində böyük önəm kəsb edir. Hesab edirik yaxın aylar ərzində üçtərəfli formatda bir neçə görüş keçiriləcək”, - deyə nazir diqqətə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB