"Bu il Türkiyə-Azərbaycan münasibətlərində zəngin il olub” - Ceyhun Bayramov
“Azərbaycan-Türkiyə münasibətlərinin dünyada anoloqu yoxdur. Ölkələrimiz arasında çoxsaylı formatlar mövcuddur”. SİA-nın xəbərinə görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın 14-də Bakıda türkiyəli həmkarı Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, türkiyəli həmkarı Hakan Fidan Azərbaycanda rəsmi səfərdədir: “Biz tez-tez görüşürük, telefon danışıqları aparırıq. 2023-cü il ölkələrimizin tarixində çox önəmli ildir. Bu il Türkiyə-Azərbaycan münasibətlərində zəngin il olub”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB