“Azərbaycan-Serbiya əlaqələri inkişafın yüksək səviyyəsini yaşayır” - DEPUTAT AÇIQLADI

“Azərbaycan-Serbiya əlaqələri inkişafın yüksək səviyyəsini yaşayır” - DEPUTAT AÇIQLADI

“Azərbaycan-Serbiya əlaqələri inkişafın yüksək səviyyəsini yaşayır. Ölkələrimiz arasında əlaqələr dövlət başçılarımızın şəxsi dostluğu üzərində günü-gündən möhkəmlənir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Deputat sözlərinə belə davam edib: “Dövlət başçılarımız mütəmadi qarşılıqlı səfərlər edir və ölkələrimizi daha da yaxınlaşdıracaq müxtəlif mövzularda danışıqlar aparılaraq həyata keçirilməsinə hədəflənir. 10 dekabrda Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan interkonnektorunun açılış mərasimi də tarixi hadisədir. Çünki Xəzər dənizində istehsal olunan qaz artıq 9 ölkəyə, o cümlədən Avropanın 7 ölkəsinə ixrac olunmağa başlayıb. Bu, son deyil. Cənub Qaz Dəhlizi marşrutunun Serbiya üzərindən interkonnektorlar vasitəsilə Avropa İttifaqı ölkələrinə birləşdirilməsi nəzərdə tutulmuşdur. Beləliklə, Azərbaycanın enerji ixracı marşrutunun coğrafiyası günü-gündən genişlənir. Bu, həm də Avropada etibarlı dostlarımızın sayını artırır. Dünya nizamı pozulmuş müasir beynəlxalq birlikdə dostlarımızın sayının artması ölkəmizin mövqelərini daha da möhkəmləndirir.

2022-ci il oktyabrın 1-də Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılışı zamanı prezident Vuçiçin Prezident İlham Əliyev haqqında ifadə etdiyi yüksək fikirləri hamımızın yadındadır. “Deməliyəm ki, dostumuz İlham Əliyevin iştirakı olmasaydı, bizim hər birimiz üçün qaz, eləcə də elektrik enerjisi təchizatının şaxələndirilməsinə ümid etmək asan olmazdı. Əziz dostum, görürəm ki, indi Siz Avropada çox məşhurlaşmısınız. Mən Sizinlə əlaqə saxlamaq istəyirəm. Mən onunla dəfələrlə danışmışam. O, Avropada çox məşhurlaşıb. Bu arada, bilmirəm o, nə edib, amma etiraf edim ki, bunun sirrini mən də bilmək istərdim” deyə o bildirmişdi.

23 noyabr 2023-cü ildə isə Prezident İlham Əliyevin Belqrada səfəri zamanı “Amma mən fikirləşirəm ki, biz Prezident İlham Əliyevdən çox şey öyrənə bilərik” demişdi.

O cümlədən Niş şəhərinə edilmiş səfəri zamanı şəxsən Prezident İlham Əliyevin Vuçiç tərəfindən təyyarəyə qədər yola salınması ölkə başçımıza olan böyük hörmətdən irəli gəlir və bütün bunlar Azərbaycan-Serbiya münasibətlərinin hansı səviyyədə olduğunun göstəricisidir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə