"Müxalifət öz strategiyasını müəyyənləşdirməlidir" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ
"Seçkinin niyə erkənə təyin olunması sualı artıq aktual deyil. Cənab Prezident öz səlahiyyətləri çərçivəsində qərarını verib. Əsas məsələ seçkiyə hazırlaşmaqdır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, hakimiyyətin Yeni Azərbaycan Partiyasına namizədi bəllidir: "Bu şəxs cənab İlham Əliyevdir. Gərək müxalifət öz namizədi barədə düşünsün. Ola bilsin, bir qisim müxalifət partiyaları namizəd verməsinlər. Amma bu bir seçkidir, yarışdır və yarışda alternativlər də olmalıdır. Ona görə də müxalifət "Niyə seçki erkənə təyin olundu?" sualı üzərində düşünmək əvəzinə, məncə öz strategiyasını müəyyənləşdirməlidir. Müxalifətdən vahid namizəd də ola bilər. Amma illər və təcrübə göstərir ki, müxalifət vahid namizəd məsələsinə razılaşmır. Amma hansısa namizədlə çıxış etməlidir ki, bu yarışda iştirak etsin".
Xatırladaq ki, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu növbədənkənar prezident seçkiləri ilə bağlı "İndi ən vacib məsələlərdən biri də bu qəfil seçkinin əsl səbəbini müəyyən etməkdir. Sanki xəstəyə düzgün diaqnoz qoymaq kimi" fikirlər söyləmişdi.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB