Milli Məclisin deputatı Serbiyadakı seçkiləri ATƏT PA-nın xətti ilə izləyəcək

Milli Məclisin deputatı Serbiyadakı seçkiləri ATƏT PA-nın xətti ilə izləyəcək

Dekabrın 17-də Serbiya Respublikasında növbədənkənar parlament seçkiləri keçiriləcək. Azərbaycan Parlamentinin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya bildirilib ki, bu məqsədlə Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azay Quliyev dekabrın 14-18-də paytaxt Belqrad şəhərində səfərdə olacaq.

Milli Məclisin deputatı Serbiyadakı seçkiləri ATƏT Parlament Assambleyasının xətti ilə izləyəcək. Deputat müşahidə missiyasının tərkibində bir sıra məntəqələrdə seçkilərə hazırlıqla yaxından tanış olacaq, prosesin gedişini və seçicilərin fəallığını izləyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə