"Atılan ən təsirli addımlardan biri də kadr islahatıdır” -MÜNASİBƏT
“Dövlət idarəçiliyinin təkmilləşdirilməsi istiqamətində atılan ən təsirli addımlardan biri də kadr islahatıdır. Ümumiyyətlə, dövlətin inkişafı birbaşa dövlət idarəçiliyi sisteminin səmərəliliyindən, çevikliyindən aslıdır. Yəni dövlət idarəçiliyi səmərəli olmayan yerdə heç bir inkişafdan qarşıya qoyulmuş hədəflərə çatmaqdan danışmaq mümkün deyil”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu deyib.
Onun sözlərinə görə, dövlət idarəçiliyi sisteminin çevik olması ölkənin inkişaf səviyyəsinə və prioritetlərinə uyğun olması olduqca zəruridir: “Dövlət idarəçiliyində islahatlar həm struktur islahatlarını, həmdə kadr islahatlarını nəzərdə tutulur. Yəni dövlət idarəçiliyində islahatlar apararkən mütləq şəkildə iki istiqamətdə paralel addımların atılması çox vacibdir. Azərbaycanda hər zaman dövlət idarəçiliyinin təkmilləşdirilməsi istiqamətində addımlar atılıbdır. Vaxtı ilə Ulu Öndər Heydər Əliyev Azərbaycanda dövlət idarəçiliyi sistemini formalaşdırdı, nəzərə almaq lazımdır ki, çox çətin tarixi bir şəraitdə bunu etdi, yəni o dövrdə dövlət idarəçiliyində dərin böhran mövcud idi. Bu böhranı aradan qaldırıb və dövlət idarəçiliyi sistemini yaratmaq həqiqətən də böyük təcrübə və iradə tələb edirdi ki, Ulu Öndər Heydər Əliyev bunun öhdəsindən məharətlə gəldi. Artıq 1996-1997-ci illərdən başlayaraq Azərbaycanda dövlət idarəçiliyi sistemi tam formalaşdı və davamlı inkişaf etməyə başladı. Azərbaycan Prezidenti Cənab İlham Əliyevdə dövlət idarəçiliyinin təkmilləşdirilməsi məsələsini hər zaman diqqətində saxlayıbdır. İstər struktur islahatlarını olsun, istər kadr islahatları olsun Azərbaycan dövləti idarəçiliyi üçün xarakterik hallar olubdur”.
E.Mirbəşiroğlu onu da bildirib ki, ölkə Prezidentinin hər zaman mövqeyi ondan ibarət olubdur ki, dövlət idarəçiliyini həyata keçirən kadrlar öz vəzifə məsuliyyətlərini aydın dərk etməli və ölkənin inkişaf hədəflərinə uyğun fəaliyyət göstərməyi bacarmalıdırlar: “Ən başlıca tələbdə ondan ibarət olubdur ki, xalqa ləyaqətlə xidmət etməlidirlər. Ölkə Prezidenti öz nümunəsində hər zaman nümayiş etdiribdir ki, dövlət idarəçisi, dövlət idarəçiliyi sistemində fəaliyyət göstərən hər bir kəs xalqın xidmətçisi olmalıdır. Azərbaycan Prezidentinin fəaliyyətinin mərkəzində Azərbaycan vətəndaşının rifahı dayandığını biz hər zaman müşahidə etmişik. Bu baxımdan, ölkə Prezidenti etimad göstərdiyi şəxslərdən də çox şəxslərində qarşısında çox ciddi tələblər qoyur. Gənc insanları vəzifəyə təyin edən zaman özü onları qəbul edir və onların qarşısında yerinə yetirəcəkləri vəzifələri qoyur və eyni zamanda, öz tələblərini də qoyur ki, bular dövlət və xalq üçün səmərəli fəaliyyət göstərsinlər. Ölkə Prezidenti qeyd edir ki, ölkəmizin inkişaf hədəflərinə uyğun olmayan və ümumiyyətlə dövlət idarəçiliyi sistemində özünü doğrultmayan kadrlarla yollar ayrılır. Biz bunu zaman-zaman müşahidə etmişik. Bu baxımdan, hesab edirəm ki, Azərbaycanda Prezidentin etimad göstərdiyi insanlarda mütləq şəkildə ölkə Prezidentinin tələblərinə uyğun fəaliyyət göstərməyi bacarmalıdırlar. Cəmiyyətlə hakimiyyət strukturları arasında konstruktiv dialoq mühitinin yaradılması zərurətindən çıxış etməlidirlər. Hesab edirəm ki, ölkə Prezidenti İlham Əliyev təyin etdiyi kadrların fəaliyyətinə də nəzarəti həyata keçirir və Azərbaycan həmdə müasir mərhələdə tam yeni bir obrazında beynəlxalq əməkdaşlıqda, siyasi münasibətlərdə iştirak etməkdədir. Ölkəmizin ərazi bütövlüyünün təmin olunduğu bir şəraitdə yeni inkişaf hədəfləri mövcuddur, yeni çağırışlar qarşısındadır. Cənab Prezident bundan sonra da dövlət idarəçiliyinin daha səmərəli fəaliyyətinin təmin olunması üçün bütün zəruri addımları atacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB