"Bu gün bütün dünya azərbaycanlılarının matəm günüdür. Amma artıq üç ildir ki, Ulu Öndərimizin məzarını başı dik ziyarət edirik. Çünki biz rəşadətli ordumuz və müzəffər Ali Baş Komandan sayəsində torpaqlarımızı azad etmişik. Yenə də bizim bu gün ürəyimiz sızıldayır". Bu sözləri SİA-ya açıqlamasında AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru Vəfa Mahmudova deyib.
"Əvvəllər deyirdilər ki, belə insanlar yüz ildən bir gəlir. Amma indi görürük ki, yüz yox, hətta min ildən bir dünyaya gəlir. Azərbaycan xalqı çox xoşbəxtdir ki, belə bir oğulun sahibi olub və onun davamçısı var. Allah rəhmət eləsin. Başımız sağ olsun",- deyə o əlavə edib.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB