"Dini ayinlərin idarə olunması Azərbaycan qanunvericiliyinə söykənməlidir" - Mübariz Qurbanlı

"Dini ayinlərin idarə olunması Azərbaycan qanunvericiliyinə söykənməlidir" - Mübariz Qurbanlı

"Bizim adət-ənənələrimizə islami dəyərlərin təsiri var. Amma dövlətimiz dünyəvi dövlətdir. Bununla belə Azərbaycan əhalisinin 96%-i müsəlmandır. Ona görə də bizim ölkədə dini ayinlərin idarə edilməsi Azərbaycan qanunvericiliyinə, adət-ənənələrimizə və islami dəyərlərə söykənməlidir". SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, Azərbaycanda din sahəsində çalışan kadrların perspektivi nəzərə alınmalıdır: "Yəni dini sahədə çoxlu kadr hazırlığı keçirsək, onların çalışdığı yerlər də mütləq olmalıdır. Bu mənada planlaşdırma olmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə