Azərbaycan Respublikasının sabiq prezidenti Heydər Əliyev 12 dekabr 2003-cü il tarixində ABŞ-nin Klivlend Klinikasında səksən yaşında ürək çatışmazlığından yerli vaxtla səhər saat 10-da dünyasını dəyişmişdir. Artıq 20 ildir ki, biz Ümummilli lider Heydər Əliyevi böyük ehtiramla anırıq.

Azərbaycan xoşbəxt dövlətdir ki, onun belə güclü lideri olub. Dünyanın bir çox ölkəsində insan və cəmiyyətin həyatında geosiyasətin rolu son dərəcədə artmışdır. Lakin ölkə və regionlarda siyasi problemlər və vəziyyətlər müxtəlif olsa da daxili və beynəlxalq proseslərin əksəriyyəti oxşardır: inteqrasiya-dezinteqrasiya, əməkdaşlıq-konflikt, tərəqqi-böhran və s. Məhz bu tipli problemləri həll etmək üçün ölkəyə dünyagörüşlü siyasətçi lazımdır. Dünyada beş minə yaxın xalq yaşayır ki, onların hamısının öz müstəqil dövləti yoxdur. Yalnız iki yüzə yaxın xalqın öz dövləti var. Və biz xoşbəxt xalqıq ki, biz məhz bu iki yüz xalqın sırasındayıq. Kim bilir, bəlkə də beş min xalqın içərisində olacaydıq əgər Heydər Əliyev olmasaydı. XX əsrdə Azərbaycanın tarixində iki dəfə dönüş olmuşdur. Birinci dəfə 1969-1982- ci illərə təsadüf edir. Yeni Azərbaycanın quruculuğu dövrü məhz o dövürdən başlandı. Demək olar ki, bu quruculuğa 40-cı illərdən başlamışdır. Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinədək ucaldıqda başlanmışdır. Onun məqsədyönlü və səmərəli fəaliyyəti nəticəsində xalqımızın layiqli övladlarının fəal sürətdə Dövlət Təhlükəsizliyi Komitəsinə işə cəlb olunmasında başlanmışdır.

Ulu öndər Heydər Əliyevin ikinci hakimiyyət dövrü mənim onuncu sinifdə oxuduğum dövrə təsadüf edir. Ölkədə baş verən hadisələri dərk edəcəyim yaşda olmuşam. 1994-cü il sentyabrın 20 də “Əsrin müqaviləsi” imzalanarkən müstəqil Azərbaycanın iqtisadiyyatının təməli qoyuldu. Bu müqavilənin əsas hissəsi isə Dərin Özüllər Zavodu təşkil etmiş oldu. Hələ Sovet Hakimiyyəti dövründə bu zavodun smetası və proyekti hazırlanarkən Həştərxanda tikilməsi nəzərdə tutulmuş idi. Ancaq Heydər Əliyevin şəxsi nüfuzu və hörməti sayəsində o zavod Bakıda tikildi. Bakı Dərin Özüllər Zavodun təməli 1978-ci ildə qoyulmuşdur. 1984-cü ildə istismara verildi. Bu zavod dənizin 200 metrədək dərinliyində quraşdırılmaq üçün dərin özüllər itehsal edən nəhəng sənaye müəssisəsidir. Belə uzaqgörənliyə yalnız həsrət aparmaq olar. Heydər Əliyevin bir ifadəsi var: “Mən Fəxr Edirəm Ki, Azərbaycanlıyam”. Biz fəxr edirik ki, siz bizim ümummilli liderimizsiz, Heydər Əliyev!

Sizin ruhu qarşısında baş əyirik.

Allah Rəhmət Eləsin!

Şəhla Xəlilova

YAP Yasamal rayon təşkilatının Elm və Təhsil Nazirliyin Fizika İnstitutunun

ərazi partiya təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə