Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilir - YENİLƏNİR -FOTOLAR

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilir. SİA xəbər verir ki, ilk olaraq Ulu Öndərlə bağlı videoçarx iştirakçılara nümayiş edilib.

Daha sonra isə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş nitqi ilə YAP Səbail rayon təşkilatının sədri cənab Muxtar Nağıyev açıb. Sonra isə 91-lərin nümayəndəsi, Yeni Azərbaycan Partiyası Veteranlar şurasının üzvü, Tibb elmləri doktoru Sudeyf İmamverdiyev çıxış edib.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə