"Növbədənkənar seçkilərin keçirilməsi bugünün reallıqları ilə üst-üstə düşür" - POLİTOLOQ BİLDİRDİ
“Cənab Prezidentin növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı sərəncam imzalaması bugünün reallıqları ilə üst-üstə düşür”.
Bunu SİA-ya açıqlamasında politoloq Sahil Kərimli deyib.
Onun sözlərinə görə növbədənkənar seçkilərin səbəbləri var: Əlbəttə ki, biz ilk növbədə Azərbaycnaın bölgədə yaratdığı yeni reallıqları vurğulamalıyıq. 2020-ci ildə Azərbaycan öz suveren hüquqlarından istifadə edərək müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyünü qismən, bu ilin sentyabrında isə bir günlük antiterror tədbidləri həyata keçirməklə tam bərpa etdi. Bununla da bölgədə yeni reallıqlar yaranmış oldu. Belə olduğu halda da yeni prezident seçkilərinin keçirilməsi əsas amillərdən birinə çevrildi”.
Politoloq qeyd edib ki, eyn zamanda məlum olduğu kimi 2024-cü ilin payızında həm Milli Məclisə, həm də bələdiyyələrə seçkilər keçirilməsi nəzərdə tutulur: “Prezident seçkilərinin bir qədər irəli çəkilməsinin, 2024-cü ilin əvvəlində yəni fevralın 7-də keçirilməsinin əsas səbəblərindən biri də budur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB