“Ermənistanın müstəqil iradəsi yoxdur” - DEPUTAT ŞƏRH ETDİ

“Ermənistanın müstəqil iradəsi yoxdur” - DEPUTAT ŞƏRH ETDİ

“Bu günə qədər regionda sülh əldə olunmamasının səbəbkarlarından biri də bəzi Avropa ölkələrinin Ermənistanı revanşizmə sövq etməsidir. Bu dövlətlərin də başında Fransa gəlir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, Fransa regionda sülhdən daha çox özünün yeni koloniya siyasətini həyata keçirməyə çalışır və Ermənistanı da buna alət edir: “Çox təəssüf ki, Ermənistanın müstəqil iradəsi olmadığından və müstəqil dövlət kimi davarana bilmədiyindən Fransanın əməllərinə uyur. Beləliklə də regionda sülhün əldə olunması daha da çətinləşir.

Hazırki regional və beynəlxalq şərtlər elədir ki, reionda sülhün başqa alternativi yoxdur. Əgər Ermənistan revanşist cəhdləri ilə silahlanıb Azərbaycan qarşısında güclü görünməyə çalışırsa və bu prosesdə özünün hər hansı perespektivini görürsə, illuziyativdir. Çünki Ermənistanın Azərbaycan qarşısında belə bir şansı yoxdur. Ən son bu gün ADA Universitetində keçirilən beynəlxalq konfransda Azərbaycan bir daha sülhlə bağlı ölkəmizin mövqeyini səsləndirdi və sülhün əldə olunmasının vacibliyini vurğuladı. Eyni zamanda bəzi ölkələrin Qafqazda sülhə qarşı olan mövqeyi tənqid olundu. Bundan nəticə çıxarmalı olan ilk Ermənistandır. Çünki kommunikasiyaların açılması ən çox Ermənistana lazımdır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə