Fransanın Cənubi Qafqazda sülh yox, MÜHARİBƏ NİYYƏTİ – TƏHLİL

Fransanın Cənubi Qafqazda sülh yox, MÜHARİBƏ NİYYƏTİ – TƏHLİL

Fransa Senatının axmaq qərarlar qəbul etməkdə davam etməsi artıq zərrə qədər də təəccüb doğurmur, çünki onun fəaliyyəti və mahiyyəti barədə kifayət qədər, ən azından bizə lazım olan qədər məlumatlıyıq. Bu dəfə də Ermənistana hücum silahlarının verilməsi məsələsinə baxmaq barədə Fransa Senatının həmin ölkə hakimiyyətinə tövsiyyə etməsi axmaqlığın növbəti təzahürü kimi diqqəti cəlb edib. Çünki Senat bununla da Fransanın Cənubi Qafqazda sülh yox, müharibə arzusunda olduğunu təkrarən ifşa etmiş olur və danışıqlar prosesində vasitəçi olaraq qəbul edilmədiyinin haqlı qərar olduğunu bir daha təsdiqləyir.

Dəfələrlə şahidi olmuşuq ki, Fransa Senatı ermənipərəst mövqedə olduğunu nümayişkəranə şəkildə göstərməkdən belə çəkinməyib. Senatın qərarları isə birbaşa təxribat xarakterli olması ilə, Cənubi Qafqazda münaqişəni yenidən qızışdırmaq niyyəti ilə seçilib. Nümunə üçün qeyd edə bilərik ki, 44 günlük müharibə başa çatdıqdan və Ermənistanın baş naziri Nikol Paşinyan kapitulyasiya sənədinə, yəni, təslimiyyət aktına imza atdıqdan qısa zaman sonra, daha dəqiq desək, elə həmin sənədin imzalandığı ayın, 2020-ci ilin noyabr ayının sonunda, qondarma “Artsax” və onun müstəqilliyini tanıyan qətnamənin Fransa Senatı tərəfindən qəbul edilməsi birbaşa olaraq, münaqişənin yenidən qızışdırılmasından başqa heç nəyə xidmət edə bilməzdi. Məhz elə belə qətnamələr, axmaq bəyanatlar, düşünülməmiş qərarlar, məsuliyyətsiz şəkildə ifadə olunan fikirlər Ermənistanı çaşqınlığa salmışdı deyə, rəsmi İrəvan qanunsuz silahlı dəstələrin ərazilərimizdən çıxarmaq niyyətində görünmürdü və elə bu səbəbdən də bu ilin sentyabr ayında Azərbaycan anti-terror tədbirləri ilə torpaqlarını onlardan birdəfəlik təmizləməli oldu. Amma görünür, bu hadisələr nə fransızlara, nə də onların silah-sursatla şirnikləndirmələrinə aldanaraq, hər dəfə zərər görən ermənilərə qətiyyən dərs olmur.

Əgər Senatın ermənipərəstləri onları axmaq adlandırdığımızdan narazı olmuş olsalar, qondarma rejim və onun müstəqilliyini tanıyan qətnamələrinin ardınca qondarma rejim rəhbərinin bu ilin sonunda həmin o rejimin buraxılacağı, artıq mövcud olmayacağı barədə qərarını, fikirlərini xatırlamağı tövsiyyə edə bilərik ki, axmaq adlandırılmalarına görə haqlı olduğumuzu başa düşsünlər, qəbul etsinlər və qətiyyən narazı da qalmasınlar. Həqiqətən bu boyda ölkə Senatı üçün bunun çox gülünc və axmaq bir vəziyyət demək olduğunun həmin o ermənipərəst fransız senatorlar fərqində olmalı idilər, amma görünən odur ki, qətiyyən fərqində deyillərmiş. Elə isə, bəzi məqamları xatırlada bilərik ki, fərqində olsunlar. Bir sıra faktları, reallıqları xatırlada bilərik ki, təkcə fərqində olsunlar yox, həm də görsünlər ki, hər dəfə ermənipərəst mövqedən çıxış etdikləri zaman özlərini tamamilə gülünc vəziyyətə qoyurlar, axmaqlıqlarını sübut edirlər və bununla da başda Senat olmaqla, bütövlükdə ölkələrinin imincini, nüfuzunu yerə vurmuş olurlar, özü də faydasız bir ölkəyə, Ermənistana görə...

Avropa ölkəsi olan Fransa üçün Cənubi Qafqazın cırtdan ölkəsi Ermənistanı silahlandırmaq vacib görünə bilərmi? Əlbəttə ki, görünə bilməz. Elə isə fransızlara nə düşüb ki, ermənilərə bir qədər bundan öncə hərbi texnika göndərmişdilər və yenə də belə bir niyyətdədirlər? Ermənistan tərəfi 44 günlük müharibə zamanı yüzlərlə hərbi texnika itgisi ilə üzləşdiyi halda, həmin hərbi texnikanın məhz Bakıda, hərbi qənimətlər parkında olması fonunda Fransanın göndərdiyi 20-30 ədəd zirehli texnika nəyi dəyişə bilərdi axı? Bəlkə həmin hərbi texnika göndəriləndən sonra Ermənistanın “çiçəkləndiyinin” şahidi olan bircə dənə fransız göstərə bilərlər? Yaxud, ola bilsin bizim xəbərimiz yoxdur, bəlkə həmin hərbi texnika ilə Ermənistanın silah arsenalı dolub? Axı həmin arsenal demək olar ki, tamamilə boş idi və bir neçə sayda zirehli texnika ilə dola bilməzdi. Yaxşı bəs, dola bilməzdisə, bununla heç nəyə nail olmaq mümkün görünmürdüsə, bir neçə ədəd hərbi texnika göndərən Fransa nə düşünürdü onları göndərdiyi zaman? Bəs buna indi biz axmaqlıqdan başqa nə ad verə bilərik? Bütün bunların fonunda yenidən bir də Ermənistana hücum silahlarının verilməsi məsələsinə baxmaq barədə Fransa Senatının həmin ölkə hakimiyyətinə tövsiyyə etməsinin adını indi nə qoyaq? Tutaq ki, növbəti axmaqlıq kimi bir ad qoymağa tələsməsək, həmin o Senatın ölkə hakimiyyətinə tövsiyə edən ermənipərəst fransızları indi özlərinə nə ad vermək fikrindədirlər? Ən azından belə bir qənaətə gələ biliblərmi ki, etdikləri sadəcə olaraq münaqişənin qızışdırılmasına xidmət edə bilər və bu zaman Ermənistan daha dəhşətli fəlakətlə üzləşə bilər? Başa düşürlərmi ki, etdikləri onların sülh deyil, müharibə niyyətini açıq-aşkar ortaya qoyur?

Nəyə görə ermənilər özləri də başa düşə bilmirlər ki, fransızlar onlara beş-on ədəd silah, hərbi texnika göndərməklə, sadəcə olaraq, onları boş yerə ruhlandırıb müharibəyə, münaqişəyə, qarşıdurmaya sövq edirlər? Bunu da başa düşə bilmirlərmi ki, nə qədər silah-sursat, hərbi texnika göndərsələr də, hərb meydanında ermənilərin yerinə fransızlar döyüşməyiblər və bundan sonra da döyüşəsi deyillər? Dərk etmirlərmi ki, Fransa heç də Ermənistana fəlakətdən başqa heç nə gətirmir və indi həmin ölkə Senatının “tövsiyyəsi” də haylara yenə fəlakət vəd edir? Məhz vasitəçisiz danışıqların müzakirə edildiyi bir vaxtda, sülh istiqamətində hərhansı addımların atılacağı gözlənilən bir dönəmdə işğalçı ölkəyə silah göndərməyi müzakirə etmək, ara qarışdırmaq, qarşıdurma yaratmaq, münaqişə və müharibə niyyətindən başqa bir niyyətin olmaması deməkdir. Elə həmin ölkənin prezidenti Emmanuel Makronun özünün də birbaşa ermənipərəst mövqedən, özü açıq şəkildə çıxış etməsi, sülh gündəminə zərrə qədər də müsbət təsirli ola bilməz. Əksinə, onsuz da ruslardan, Rusiyadan əlləri üzülən və “ağa” axtarışında olan ermənilər üçün bu, yəni, bir Avropa ölkəsi prezidentinin belə ədalətsiz mövqeyi, işğalçının yanından olması görüntüsü, təxribatçıların arzularının yenidən cücərməsi deməkdir. Bütün bu sadalananlar bir Avropa ölkənin hazırda Cənubi Qafqazda müharibə niyyətində olmasını təsdiqləyən məqamlardır və hər halda, hücum silahlarının verilməsi məsələsinə baxmaq barədə öz ölkəsinin hakimiyyətinə “tövsiyyə” edən Senat da bunun fərqində olmalıdır.

Ola bilsin ki, ermənilər fransızların belə silah “iyanə” etmələrindən, yaxud hansısa bəyanat, ya da qətnamə qəbul etməsindən, eyni ilə 2020-ci il noyabr ayında Fransa Senatının qətnamə qəbul etdikləri zaman olduğu kimi, ruhlana və özlərini “xoşbəxt” hesab edə bilərlər. Amma bərk yanıldıqlarını gec də olsa dərk etsələr, bütün bunların mənasız olsuğunu xatırlasalar özləri üçün yaxşı olar. Ən azından, xatlasalar ki, bir zaman həmin qətnamənin yalnız kağız üzərində qalacağını biz dəfələrlə qeyd etmişdik və qondarma rejim rəhbərinin qeyd olunan qərarından sonra buna zərrə qədər də şübhə qalmadı, bu halda heç olmasa indi bir doğru nəticə çıxara bilərlər. Bir-iki il bundan əvvəl Fransa Senatı tərəfindən qəbul olunan, sonra da kağız parçası üzərində qalan həmin o qətnaməni dırnaqarası “tarixi hadisə” adlandıran ermənilər gec də olsa reallıqları görməli, başa düşməli idilər. Avropa ölkəsinin bölgədə müharibəni qızışdırmaq niyyətində olduğunu görməməklə, yaxud görməməzliyə vurmaqla, Ermənistanın siyasi mövcudluğunu nə qədər böyük risk altında qoyduqlarını həmin ölkənin hakimiyyəti də, ictimaiyyəti də geç də olsa dərk etməlidirlər.

Öz ölkəsinin hakimiyyətinə “tövsiyyə” edən Fransa Senatının özünə müəyyən tövsiyyələr vermək gərəkir. Ən azından xatırlatmaq lazım gəlir ki, hazırda müharibə şəraitində olan, öz ərazisində, özü də öz torpaqları, suverenliyi uğrunda döyüşən, təbii ki, buna görə də silah-sursata ehtiyac duyan Ukraynadır və həmin ölkəyə silah verilməsi barədə Senatın öz ölkəsinin hakimiyyətinə “tövsiyyə” verməsi məntiqli sayılardı. Axı həmin o Ukrayna hakimiyyəti, döyüş meydanında vəziyyəti dəyişməyə kömək edəcək hər şeyə ehtiyac duyduğunu dəfələrlə bəyan da edib. Maraqlıdır, niyə Fransa Senatı müharibə şəraitində olan ölkə barəsində yox, ərazisində heç bir hərbi əməliyyatlar aparılmayan Ermənistan barədə “tövsiyyə” verməli olur? Faktiki olaraq Rusiyanın ərazi iddiası ilə Ukrayna ərazisində müharibə gedir, amma nə Ermənistan ərazisində müharibə getmir, nə də hansısa ölkə, eləcə də Azərbaycan ermənilərə qarşı ərazi iddiası ilə çıxış etmir. Hətta rəsmi Bakı dəfələrlə bu barədə bəyan edib və bildirilib ki, Ermənistana qarşı heç bir ərazi iddiasından söhbət belə gedə bilməz. Elə isə niyə Ukraynaya deyil, Ermənistana silah-sursat, hərbi texnika verilməsi ilə bağlı Fransa Senatı “tövsiyyə” etmək qərarına gəlib? Niyə axı Fransa ardıcıl şəkildə, mütəmadi olaraq, işğalçı ölkəni silahla doldurmaqdadır və niyyəti nədən ibarətdir? Təbii ki, Fransanın regionda müharibə niyyəti artıq özünü çılpaq şəkildə göstərir, bu çirkin niyyət açıq-aydın şəkildə özünü biruzə verir.

Məsələ burasındadır ki, Azərbaycan tərəfi işğalçılığı hələ də dövlət siyasəti hesab edən qonşu ölkənin təxribatlarına hər an hazırdır və istənilən anda həmin təxribatlara qarşı tutarlı cavab vermək əzmindədir, hansıki bunu artıq ermənilər də, fransızlar da yaxşı bilirlər. Yaxşı bilirlər ki, hər dəfə olduğu kimi, yenə də ermənilər baş qaldırıb münaqişə, savaş, müharibə etmək istəsələr, təxribat törətmək niyyətinə düşsələr, eyni ilə bundan əvvəlki qaydada, dərhal başları dəmir yumruqla əziləcək. Yəni, qısa şəkildə desək, Azərbaycana qarşı hansısa hərbi əməliyyata başlayacaqları təqdirdə dərhal layiq olduqları cavabı ordumuz tərəfindən alacaqlarını ermənilərdən yaxşı bilən olmaz, çünki dəfələrlə bunun şahidi olublar. Onlar çox yaxşı dərk edirlər ki, üzə çıxaracaqları hərbi texnika, lap elə Fransanın göndərdiyi zirehli maşınlar da az sonra Azərbaycan paytaxtında, Bakıda, Qənimətlər Parkında nümayiş oluna bilər. Bir sözlə, fransızların ermənilərə göndərdikləri hərbi texnika istifadə ediləcəyi təqdirdə, bizim üçün uzaq başı, qənimət götürülən texnikanın sayının artması deməkdir. Amma ermənilər üçün bu, fəlakətlər vəd edir, çünki həmin o göndərilən və göndərilməsi Fransa Senatı tərəfindən öz ölkəsinin hakimiyyətinə “tövsiyyə” edilən hərbi texnikanı fransızlar deyil, ermənilər özləri istifadə etməli olacaqları təqdirdə dəmir yumruq da fransızların yox, onların başına endiriləcək. Elə buna görə də fransızlar çox rahatlıqla, heç bir tərəddüd etmədən “tövsiyyə” də verirlər və işğalçı ölkəni silahlandırmaqda davam da edirlər.

Ermənilər özləri dərk etməlidirlər ki, Fransa hökuməti, lap elə Makron özü, Senatda onunla “eyni ağılda” olanlar Ermənistana hərbi texnika göndərməklə, yaxud bu barədə “tövsiyyə” verməklə, regionda müharibə törətmək niyyətlərini qətiyyən gizlətmirlər. Dərk etməlidirlər ki, onlar marionet kimi fransızlar tərəfindən “uzaqdan” idarə olunurlar və göndərdikləri hərbi texnika, yaxud həmin texnikanın göndərilməsi barədə fikirlərlə, sadəcə olaraq qızışdırılırlar ki, müharibəyə sövq edilsinlər. Sonuncu erməniyə qədər Ermənistan vətəndaşlarının tələf olması, qırılması Fransa hökumətinin, onun Senatının, sıravi fransızların heç vecinə də deyil. Lakin Fransanın Cənubi Qafqazda sülh deyil, müharibə niyyəti region ölkələrinin, ələlxüsus da Ermənistan adlı məğlub bir ölkənin, acınacaqlı durumda, səfalət içərisində olan bir dövlətin vecinə olmaya bilməz, çünki zərbəsi Avropa ölkəsinə deyil, birbaşa hayların özlərinə dəyəcəyi bəllidir. Ən azından Fransanın hərbi texnika göndərməsi, yaxud bu barədə “tövsiyyə” etməsi ilə müharibə niyyətinin nəticədə Ermənistan hakimiyyəti, şəxsən erməni baş nazir Nikol Paşinyan üçün nəyin bahasına başa gələcəyini özlərinin indidən dərk etmələri pis olmazdı, çünki bu dəfəki hərbi-siyasi məğlubiyyətləri elə erməni cəmiyyətinin özü tərəfindən qətiyyən bağışlanılmayacaq və bu, erməni baş nazirinin də, işğalçı ölkə hakimiyyətinin də, bütövlükdə Ermənistan adlı ölkənin də siyasi süqutu olacaq.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə