"Aİ-nin Ermənistandakı mülki missiyasının mülkiliklə əlaqəsi yoxdur" - ŞƏRH EDİLDİ

"Aİ-nin Ermənistandakı mülki missiyasının mülkiliklə əlaqəsi yoxdur" - ŞƏRH EDİLDİ

“Avropa İttifaqının Ermənistana göndərdiyi missiya mülki missiya deyil. Faktiki məlumdur ki, mülki müşahidə missiyası adı altında Ermənistan ərazilərində Kanadanın, Fransanın, Almaniyanın polisi və hərbi casus şəbəkəsi fəaliyyət göstərir”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.

T.İsmayılov bildirib ki, Aİ-nin Ermənistana yeni missiya göndərməyinə ehtiyac yoxdur: “Bütün dünya ictimaiyyətinə bəllidir ki, hazırda Ermənistan ərazilərində fəaliyyət göstərən və hər həftə özünə yeni nümayəndəlik ofisi açan mülki missiyanın hansısa mülkiliklə heç bir əlaqəsi yoxdur. Çünki keçmiş hərbçilərdən, polis işçilərindən ibarət olan bu missiya hərbi məqsədlərlə yaradılıb”.

Şərhçinin sözlərinə görə, missiyanın Ermənistan ərazilərində nəyin müşahidəsini apardıqları da bilinməyən məsələdir: “Bu baxımdan sadəcə olaraq Ermənistan ərazilərinin qərb qurumlarına peş-kəş edilməyi prosesinin növbəti raundu keçiriləcək".

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə