"Milli Məclisdə büdcə müzakirələri çox fəal şəkildə aparılır" - Əli Əsədov

"Milli Məclisdə büdcə müzakirələri çox fəal şəkildə aparılır" - Əli Əsədov

"Milli Məclisdə büdcə müzakirələri çox fəal şəkildə aparılır. Milli Məclisin plenar iclasında 2024-cü il dövlət büdcəsi və daxil olan qanun layihələrinin müzakirələri bu gün başa çatıb. Spiker Sahibə xanım Qafarova başda olmaqla Millli Məclisin rəhbərliyinə həm özümün və hökumət adından təşəkkürlərimizi bildirirəm. Deputatlar da istər plenar, istərsə də komitə iclaslarında çox fəal iştirak ediblər". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin plenar iclasında Baş nazir Əli Əsədov deyib.

Əli Əsədov sözlərinə belə davam edib: "Ötən il büdcə müzakirələri zamanı deputatların qaldırdığı bir çox məsələlər bu ill ərzində həllini tapmışdır. Müstəqilliyimizin bərpasından sonra Ulu Öndər Heydər Əliyevin qətiyyətli və uzaqgörən siyasəti nəticəsində Azərbaycan Respublikası bütün sahələrdə misli görülməmiş tərəqqiyə nail olmuşdur.

Cari ildə cənab İlham Əliyevin Azərbaycan prezidenti seçilməsinin 20 illiyini qeyd edirik. Prezidentimiz Ulu Öndərin uğurlu xəttini davam etdirir. Ötən 20 il ərzində ölkəmiz bütün sahələrdə sürətli inkişafa nail olmuşdur. İnsanların rifah halının daha da yaxşılaşdırılması, siyasi-iqtisadi imkanlarımızın genişləndirilməsi, müsair ordumuzun yaradılması göz önündədir. Əsrə bərabər 20 ilin ən şanlı səhifəsi işğal altındakı torpaqlarımızın azad olunmasıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə