“Alen Simonyanın bəyanatı təxribatdır” - DEPUTAT ŞƏRH ETDİ

“Alen Simonyanın bəyanatı təxribatdır” - DEPUTAT ŞƏRH ETDİ

“Bildiyiniz kimi, Azərbaycan sülh təşəbbüslərini kənar dövlətlərin müdaxiləsi olmadan regionda vasitəçisiz həyata keçirdilməsinin tərəfdarıdır. Ermənistan isə bu günə qədər müxtəlif Qərb subyektlərinə istinad edərək möhtərəm cənab Prezidentin SPECA-nın Bakı zirvəsində də ifadə etdiyi kimi, iki və daha çox stulda oturmağa çalışaraq bu proseslərdə pozucu tərəf kimi çıxış edirdi. Dünən Azərbaycan və Ermənistan şərti sərhəddində, sərhədlərin delimitasiyası üzrə vasitəçisiz görüş bu mənada əslində Azərbaycanın ciddi diplomatik uğuru və Azərbaycanın Prezidentinin müəyyən etdiyi gündəliyin işə düşməsindən xəbər verir. Əlbəttə, bu, Ermənistanın sülhə və delimitasiya prosesinə sədaqətinin ifadəsi yox, İrəvanın fakt qarşısında başqa çıxış yolu qalmağdığının göstəricisidir”. Bu sözləri SİA-ya açıqlamasınsa deputat Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, Ermənistan ayrı-ayrı dövlət rəsmilərinin məsələn, xarici işlər nazirinin ATƏT-in Nazirlər Forumunda, yaxud Ermənistan parlamentinin sədrinin müsahibəsi və çıxışlarında təxribatçı bəyanatlar səsləndirməsi ümumi prosesin gedişatına zərər vuran ifadələr işlətməsi də əslində Ermənistanın Azərbaycanın yaratdığı yeni reallıqda situasiyaya tabe olmağa məcbur qalmasından xəbər verir: “Konkret olaraq Ermənistan parlamentinin sədri
Alen Simonyanın bəyanatlarına gəlincə, Azərbaycan ilk gündən gizlətmir ki, Ermənistan-Azərbaycan şərti sərhədləri boyu Azərbaycan Ordusu bütün strateji yüksəklərə nəzarət edir. Azərbaycan nəinki Ermənistanın 31 kəndi, bütövlükdə Ermənistanın bir çox iri şəhərləri və şərti sərhədlərimiz boyu yerləşən bütün məntəqələri üzrə əlverişli mövqedə qərarlaşıb. Lakin məhz Ermənistanın ucbatından sərhədlərin delimitasiya və demarkasiyası aparılmadığı üçün möhtərəm Prezidentin də ifadə etdiyi kimi, sərhədlərin hardan keçməsi ilə bağlı heç kim hər hansı bir iddia irəli sürə bilməz. Bu mənada Alen Simonyanın Azərbaycanın Ermənistanın 31 kəndlərində qanunsuz olaraq nəzarəti ələ keçirməsi ilə bağlı bəyanatı absurd təxribatdan başqa bir şey deyil və Simonyan unutmamalıdır ki, sərhədlərin demarkasiya olunmamasında, yəni dəqiqləşməməsinə görə delimitasiya, demarkasiya olunmamasına və sərhəd xətlərinin dəqiqləşməməsinə görə məsuliyyəti Azərbaycan yox, Ermənistan daşıyır. Ərazilər üzərində qanunsuz nəzarətə gəlincə 30 il ərzində işğalı davam etdirmiş, çoxsaylı sülh və insanlıq əleyhinə müharibə cinayətləri törətmiş bir dövlətin parlamentinin sədrinin özünün suverən haqlarını bərpa etmiş, beynəlxalq hüququn aliliyini təmin etmiş dövlətə münasibətdə hər hansı ərazi iddiası şousu qəbuledilməzdir və biz bu tip bəyanatları və mövqeyini rədd edirik”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə