“Dağıdıcı müxalifət xarici qüvvələrin əlində "kukla"dır” - MÜNASİBƏT
“Son vaxtlar ABŞ-ın müəyyən ermənipərəst şəxsləri konqresmenləri Azərbaycana qarşı bir sıra məkrli reallığa uyğun olmayan hərəkətlərini müşahidə edirik. Lakin onların Azərbaycana birbaşa təsir göstərmək imkanı yoxdur”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Teyyub Qənioğlu deyib.
Onun sözlərinə görə, Azərbaycana təhdid dilində danışmaq mümkün deyil: “Azərbaycan müstəqil siyasət yürüdən və regionun açar dövlətidir. Bu regionda Azərbaycansız hər hansı bir problemin həll edilməsi mümkün deyil. Daxildə ki dağıdıcı müxalifət partiyalar bəzi xarici qüvvələrin əlində bir alətdilər. Sapı bizdən ola həmin baltalar ölkədə nə isə bir xoşagəlməz halla yaratmaq istəyirlər. Amma onların nə etməsindən asılı olmayaraq heç vaxt onlar məkrli planlarını həyata keçirə bilməyəcəklər. Onsuzda bu gün hər kəs çox gözəl bilir ki, müxalifət qüvvələrinin xalq tərəfindən heç bir siyasi dəstəyi yoxdur. Dağıdıcı müxalifət təmsilçilərinin hər hansı bir xarici qüvvələrlə iş birliyinə girib böhtan xarakterli məlumatlar yatmasını Azərbaycan dövlətinə hər hansı formada təsiri olmayacaq. Azərbaycan dövləti müstəqil xarici siyasət yürüdür, öz siyasində dövlət maraqlarını, milli maraqları əsas götür və heç bir xarici təzyiqə də imkan vermir. Ona görə də, daxildə olan dağıdıcı müxalifət qüvvələri başa düşməlidirlər ki, xarici qüvvələrin əlində bir kukla rolunu oynamağının ilk növbədə onların özlərinə ziyandır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB