Azərbaycan hərbçiləri Türkiyədə beynəlxalq təlimdə iştirak edir

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin bir qrup hərbi qulluqçusu Türkiyədə 15 ölkənin iştirakı ilə keçirilən "Nüsret-2023" beynəlxalq təlimində iştirak edir. Bu barədə SİA-nın sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Azərbaycan hərbi dənizçiləri manevrdə qərargah fəaliyyətlərini yerinə yetirəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə