"ABŞ bilir ki, əgər belə davam etsə, Azərbaycan da sakit durmayacaq" -POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"ABŞ bilir ki, əgər belə davam etsə, Azərbaycan da sakit durmayacaq" -POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“ABŞ hakimiyyətinin içərisində yeganə ağıllı adam da elə Entoni Blinkendir, Co Bayden və digərləri kifayət qədər qeyri-adekvat addımlar atırlar”. Bu barədə SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Politoloqun sözlərinə görə ABŞ özünü dünyanın hegemon dövləti hesab edir: “Ölkəmiz “Qoşulmama Hərəkatı” ilə Fransanın xarici siyasətini birmınalı şəkildə yerdən-yerə vurdu, onu çox çətin vəziyyətə saldı. ABŞ-də başa düşür ki, Azərbaycan Prezidenti kifayət qədər ağıllı, uzaqgörən taktikalı və günün trendlərinə uyğun olan yeni düzən üçün təkliflər verməyi bacarır. Vaşinqton gördü ki, Azərbaycanın əhalisi 10 milyon olsa da, 340 milyonluq ABŞ qarşısında geri çəkilmir. Ölkələr arasındakı münasibətlər normal ikən ABŞ-nin niyə bu yolu tutduğunu açığı anlamırıq. Biz bu gün dost qazandıracaq siyasət yürüdən bir dövlətik, düşmənə ehtiyacımız yoxdur. Ermənistan və onu dəstəkləyən qüvvələr varkən başqa bir düşmənə ehtiyac görmürəm. Amma Entoni Blinkenin zəngi çox gözəl haldır. Blinken Azərbaycan Prezidentinin yürütdüyü siyasətin haraya gətirib çıxara biləcəyini çox gözəl başa düşür. Yəni ABŞ bir önləmə diplomatiyasına keçir”.

C.Nuriyev bildirib ki, bu həm də bir üzrxahlıq diplomatiyasıdır. Çünki ABŞ-nin burada yürütdüyü siyasətə qarşı ölkə başçısı çıxış etməsə də, artıq millət vəkilləri, siyasətçilər, media, hüquq-mühafizə orqanları bunun üzərinə kifayət qədər gedir. Biz hələ kiçik bir addım atmışıq. ABŞ-nin buradakı bütün şəbəkəsini çökdürmək Azərbaycan üçün çətin deyil. Bizim FETÖ-nü açıb tökən təhlükəsizlik xidmətimiz var. Bu məsələdə də ABŞ mövqeyini tamamilə itirmək istəmirsə bir qədər ağıllı davranmalıdır. Azərbaycanın üstünə bu qədər gəlmək lazım deyil, bizim onlarla hansısa problemimiz yoxdur. Bu zəngin baş tutması ölkələrimiz arasında gərginliyi azaltmağa xidmət edir. Azərbaycan kifayət qədər ağıllı siyasət yürüdən dövlətdir. Eyni zamanda qabaqlayıcı diplomatiya kimi bu addımı atmaqda məqsəd ondan ibarətdir ki, Azərbaycanla sülh bağlansın. ABŞ bilir ki, əgər davam etsə, Azərbaycan da sakit durmayacaq”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə