“USAİD rəhbərinin çıxışı təşkilata kölgə salır” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“USAİD rəhbərinin çıxışı təşkilata kölgə salır” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“USAİD də daxil olmaqla bir sıra qurum rəhbərlərinin birtərəfli mövqe tutması, hətta Ermənistana könüllü şəkildə köçən etnik ermənilərin zorla Qarabağdan çıxarılması kimi əsassız iddialarla çıxış etməsi hələ də bir sıra beynəlxalq təşkilatlarda Azərbaycana qarşı qərəzli mövqe nümayiş olunduğundan xəbər verir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.

Deputat bildirib ki, xüsusən USAİD rəhbərinin Ermənistana getməsi, oradan video-görüntü ilə paylaşım etməsi və qərəzli şəkildə yalan məlumatlar yayması USAİD-nin məsələlərə tərəfli və qərəzli yanaşdığını göstərir: “Bu cür beynəlxalq təşkilatın regional məsələlərə qərəzli yanaşması onların obyektivliyini ciddi şəkildə şübhə altına alır.
Digər tərəfdən USAİD rəhbərinin çıxışı təşkilata kölgə salmaqla yanaşı, həm də regionda Amerika dəyərlərinə olan inamı azaldır. Buna görə də praktik olaraq USAİD rəhbərinin son ermənipərəst çıxışları bir daha təsdiq edir ki, bu qurum Azərbaycana qarşı qərəzli və birtərəfli təbliğatla məşğuldur. Bu isə birmənalı şəkildə qəbul olunan deyil. Bütün bunlar bir daha təsdiq edir ki, USAİD də daxil olmaqla bir sıra beynəlxalq qurumlar hələ də məsələlərə və problemlərə qərəzli yanaşmağa davam edir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə