“QƏZZA Fələstin muxtariyyətının sərəncamına keçəcək” -MÜNASİBƏT

“QƏZZA Fələstin muxtariyyətının sərəncamına keçəcək” -MÜNASİBƏT

“Təəssüflə olsun ki, İsrail-Fələstin arasında gendən müharibədə dinc insanlar həyatlarını itirirlər. Yəni hər iki tərəfin itkiləri var. Ümumilikdə baş verən proseslərin özü ağrılıdır”. Bu fikirləri SİA-ya açıqlamasında siyasi şərhçi Teyyub Qənioğlu deyib.

Onun sözlərinə görə, Qəzzada baxçalar, məktəblər, xəstəxanalar, yaşayış binaları dağıdılıb bərbad vəziyyətə düşüb: “QƏZZA zolağında hakimiyyət strukturlarına HƏMAS qruplaşması nəzarət edir. Hətta Fələstin prezident Mahmud Abbas bildirirdi ki, QƏZZA-da baş verən hadisələrin Fələstin dövlətinə heç bir dəxli yoxdur. QƏZZA zolağında hakimiyyətə nəzarət edən HƏMAS-la Mahmud Abbasın hakimiyyət strukturları arasında heç bir əlaqə yoxdur. İkisi öz aralarında danışığa gəlib vahid bir Fələstin dövləti yaratmağa, heç olmasa Fələstin muxtariyyatı tərkibində birləşməyə cəhd göstərmirlər. HƏMAS təşkilatı hansı ağılla İsrailə hücum edib və qalib gəlməklə haqqında düşünüb. HƏMAS İsrailə hücum edəndə bilmirdik ki, onun nəticələri ağır olacaq? Ümumiyyətlə, müharibə yaxşı bir hal deyil. Çünki müharibədən ən çox zərər çəkənlər günahsız insanlar olur. Hesab edirəm ki, İsrail-Fələstin müharibəsinin geniş coğrafiyanı əhatə edəcəyi absurddur və bu baş verməyəcək. Çünki bir sıra dövlətlər hələ də münaqişəyə cəlb olunmaq istəmirlər. Düşünürəm ki, beş günlük atəşkəs elan olunub və bu atəşkəs müddəti uzadılacaq. Çünki HƏMAS artıq başa düşdü ki, İsrailə qarşı müharibə aparıb istədiyinə nail olmaq imkanına malik deyil. Ona görə də, düşünürəm ki, yəqin ki bu atəşkəs uzanacaq sülh müqaviləsi olmadan hər halda hər kəs öz sərhəddi daxilən çəkiləcək. Yəqin ki, bu gündən etibarən QƏZZA zolağında hakimiyyət Fələstin muxtariyyətının sərəncamına keçəcəkdir. Bir sözlə, tezliklə bu müharibəyə son qoyulması hər iki tərəf üçün xüsusilə HƏMAS və Fələstin üçün daha əlverişli olardı”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə