“Əli Kərimli üçün Vətən, xalq anlayışı hər zaman arxa planda olub” -MÜNASİBƏT
“Əli Kərimli, Tofiq Yaqublu kimi adamlar üçün Vətən, xalq anlayışı hər zaman arxa planda olub. Hətta deyərdim ki, bu anlayış onların düşüncəsindən silinib”. Bunu SİA-ya açıqlamasında "Azadlıq Hərəkatçılar Birliyi"nin sədri Təhmasib Novruzov deyib.
Onun sözlərinə görə, məqsəd nəyin bahasına olursa-olsun xaricdəki anti-Azərbaycan qüvvələrdən pul qoparmaqdan ibarətdir: “Ümumiyyətlə, pulu, var-dövləti, dünya malını hər şeydən üstün tutan adamların leksikonunda bu müqəddəs kəlmələr yalnız öz çirkin niyyətini həyata keçirmək üçün siyasi vasitədir, vəssalam! Kimsə demir ki, bu gün Azərbaycanda korrupsiya yoxdur, rüşvət, inhisarçılıq tamamilə aradan qaldırılıb. Dünyanın bütün ölkələrində, hətta ən inkişaf etmiş ABŞ, Böyük Britaniya, Çin kimi ölkələrdə də korrupsiya var. Sadəcə, xalqın, Vətənin bütövlüyünün, milli suverenliyin tarixi imtahan qarşısında olduğu bir zamanda belə məsələləri prioritet kimi önə çəkmək cəhdi, birbaşa Azərbaycanın əleyhinə olan qüvvələrin əlinə oynamaqdır. Bir faktı Sizin və oxucuların diqqətinə çatdırmaq istərdim. 1992-ci ildə Böyük Britaniya Krallığı Azərbaycana yardım məqsədilə göndərilən, səhv etmirəmsə 28 milyon dollar yardımı, o zaman Milli Bank hələ beynəlxalq səviyyədə normal fəaliyyət göstərə bilmədiyinə görə Türkiyənin Ziraat bankına köçürülmüşdü. Həmin vəsaiti alıb Azərbaycana gətirmək üçün Prezident Əbülfəz Elçibəyin imzaladığı dövlət vəkaləti ilə Əli Kərimli getmişdi Türkiyəyə. O pulun yarıdan çoxu yoxa çıxmışdı və bu günə qədər də həmin yoxa çıxan pul haqqında məlumat yoxdu. Bu, korrupsiyanın ən iyrənc formsı deyilmi? Xalqın ağır günündə ona xaricdən göndərilən yardımı mənimsəməkdən böyük şərəfsizlik ola bilərmi? İndi belə bir adamın korrupsiyadan danışması, həm də siyasətçi kimi Azərbaycana edilən hücumlara qarşı mübarizəyə qoşulmalı olduğu indiki zamanda, sadəcə, təəssüf və istehza doğurur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB