Antoniu Qutetreş qadınlara qarşı zorakılıqla mübarizəyə çağırıb
BMT-nin Baş katibi Antoniu Quterreş cəmiyyətdə davamlı inkişafı təmin etmək üçün qadınlara qarşı zorakılıqla mübarizəyə çağırıb. SİA xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Qadınlara qarşı zorakılıq insan hüquqlarının kobud şəkildə pozulmasıdır. Bu, səhiyyə böhranına gətirib çıxarır və davamlı inkişafa maneələr yaradır. Gəlin, elə dünya yaradaq ki, burada qadınlara qarşı zorakılığa bütün formalarına dözümlülük nümayiş etdirilməsin”, - A.Quterreş qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB