“Bəzi qeyri-regional dövlətlərin Cənubi Qafqazı geosiyasi rəqabət və qarşıdurma obyektinə çevirmək niyyəti ortadadır. Bura Ermənistanı silahlandırmaq da daxildir. Brüssel və Vaşinqton, o cümlədən Fransa kimi təxribatçı ölkələr nifrət təbliğatını getdikcə artırmaqla sülhə, barışığa və hərtərəfli inkişafa zərər vururlar. 30 ildən çoxdur ki, Ermənistanın işgalçılıq siyasəti məhz Qərb dövlətləri tərəfindən qızışdırılıb, bu ölkənin öz adı ilə çağrılmaması İrəvanın işğalı 25 ildən artıq müddətdə davam etdirməsi ilə nəticələnib. Ermənistanın azğınlaşmasına Vaşinqton və Brüsselin, Paris və digər Avropa ölkələrinin separatçılığa dəstək verməsi təkan verib. ATƏT-in Minsk qrupunun yaradılmasında da məqsəd işğalçı Ermənistana dəstək vermək olub”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat bildirib ki, Qərbin Ermənistana verdiyi dəstək nəticəsində bu ölkənin silahlı qüvvələri tərəfindən törədilmiş ağır cinayətlər ört-basdır edilib, kimsə mühakimə olunmayıb, cəzasızlıq mühiti İrəvanın növbəti cinayətlər törətməyə iştahlandırıb: “Bu gün də 4 minə yaxın itkin düşmüş azərbaycanlının taleyinə biganə yanaşılır. Ermənistan mina və digər partlayıcı qurğularla bağlı dəqiq məlumatları paylaşmaqdan yayınır. Münaqişəni sonlandırmaq üçün rəsmi Bakının sülh çağırışları məhz kollektiv Qərbin yanlış davranışı ucbatından dalana dirənib. Onu da qeyd edək ki, bu addımlar təkcə Cənubi Qafqaz regionu üçün keçərli deyil. Dünyanın əksər bölgəsində baş verən hərbi münaqişələrin, dövlətlər arasında gərginliyin əsl səbəbkarı da adıçəkilən ölkələrdin. Onlar özlərini arbirt rolunda görürlər. Əslində arbitr tərəfsiz olmalı, çıxardığı qərarlar ədalətli olmalıdır. Qərb isə öz yanlış qərarını zorla başqalarına qəbul etdirməyə çalışır. Ukrayna müharibəsinin qığılcımı üzərinə yağ tökən tərəfin də Qərb olduğunu hər kəs bilir. İtirən yalnız döyüşən tərəflərdir. Nə Ukraynanın, nə də Rusiyanın qələbə qazanmasına imkan verməyən də Brüssel və Vaşinqtondur. Qərbin məqsədi varlı Ukraynanı və zəngin Rusiyanı gücdən salmaq və özünə tabe etdirməkdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB