Azərbaycan daha bir ölkə ilə viza tələbini aradan qaldırır

Milli Məclis Azərbaycanla Ruanda arasında imzalanan sazişi ratifikasiya edib. SİA-nın xəbərinə görə, bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Ruanda Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş’’in təsdiq edilməsi barədə qanun layihəsi Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə