“ABŞ Qafqazda yaranacaq əməkdaşlığı gələcək üçün təhdid olaraq görür” - POLİTOLOQ ŞƏRH ETDİ

“ABŞ Qafqazda yaranacaq əməkdaşlığı gələcək üçün təhdid olaraq görür” - POLİTOLOQ ŞƏRH ETDİ

“ABŞ tarixi imperializmi davam etdirən və bu gün də neokolonalist Fransa ilə birlikdə dünyada istismar siyasətini ayaqda tutmağa çalışan bir ölkədir. ABŞ-ın istismarçı siyasətinin qarşısında regional əməkdaşlıqlar böyük bir əngəl kimi görünür. Çünki Amerika başa düşür ki, Qafqazda və ya dünyanın fərqli coğrafiyalarında formalaşan əməkdaşlıq platformaları gələcəkdə ABŞ-ın həmin ölkələrə qarşı həyata keçirə biləcəyi hansısa bir imperialist hücumda vahid ortaq müqavimət formalaşdıracaq”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.

Politoloq bildirib ki, ABŞ Qafqazda əməkdaşlıq istəmir və yaranacaq əməkdaşlığı gələcək üçün təhdid olaraq görür: “Digər tərəfdən Avropa İttifaqı da ABŞ-ın bu siyasətini dəstəkləyərək, Ermənistandakı missiyasını gücləndirir. Bu günə qədər Avropa İttifaqı Şurasının rəhbərliyi və moderatorluğu ilə keçirilən Brüssel görüşlərində əldə edilən razılaşmalar və Brüssel bəyanatları ilə bağlı Ermənistan tərəfindən indiyə qədər faktiki olaraq praktiki addımlar atılmayıb. Belə olan təqdirdə Fransanın Ermənistanı silahlandırması, ABŞ-ın birmənalı ermənipərəst siyasət yürütməsi Ermənistanı növbəti dəfə hərbi eskalasiyaya tərk edir. Həmçinin Ermənistanın Azərbaycanla bağlı üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırmağına səbəb olur”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə