“Dünyada 3 qadından biri zorakılıqla üzləşir” - Uqandalı nazir

“Dünyada 3 qadından biri zorakılıqla üzləşir” - Uqandalı nazir

“Xanım nazirlər olaraq anlamalıyıq ki, biz hələ öz məqsədimizə çox uzağıq. Bir çox maneələr var ki, qadınlar əksər məsələlərdə iştirak edə bilmirlər. Həmçinin, əksər ölkələrdə qadınlara ailə həyatında ortaq hüquqlar verilmir. Belə çətinliklər bir çox ölkələrdə hələ də mövcuddur”. SİA xəbər verir ki, bu sözləri Uqandanın gender, əmək və sosial inkişaf naziri Amongi Betty Ongom Bakıda keçirilən “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda beynəlxalq konfransında səsləndirib.

Onun sözlərinə görə, qadınlar arasında erkən yaşda ailə həyatına vadar edilmə və qadın sünnəti hələ də aktualdır: “5 qadından biri erkən nikaha cəlb edilir. Bu da qlobal problemdir. Mülkiyyət haqları da əksər qadınlara mülkiyyətə sahib olmaq imkan vermir. Qadınların bir çox hüquqları pozulur. Onlar öz valideynlərinin mirasını əldə edə bilmirlər. Bəzi ölkələrdə qadınlar bank hesabı belə aça bilmirlər.

Dünyada 3 qadından biri zorakılıqla üzləşir. 58 faiz qadınlar öz həyat yoldaşları tərəfindən qətlə yetirilir. 650 milyon qadın 14-16 yaş arasında ailə həyatı qurur. Bu ölkələrdə 2-3 milyon qadın zorakılığa məruz qalır.

Qadınlar arasında yoxsulluq səviyyəsi çox yüksəkdir. Onlara qarşı ədalətli məvacib verilmir. Qadınlar kişilərə nisbətən iki qat daha çox ev işi görürlər. Onlar kişilərlə əməyinə görə eyni qiymətləndirilmir. Qadınlar öz uşaqlarına baxdıqları zaman onlar lazımi dəstəyi almırlar. Bunlar aktual problem olaraq qalır.

Bu səbəbdən biz burada olan lider qadınlar olaraq əmin olmalıyıq ki, yekun sənəd reallığı əks etdirsin. 27 faiz qadından yalnız 10 faizi nazirdir. Masada əyləşən 10 nəfərdən yalnız biri qadındır. Bu səbəbdən qadınların problemi öz həllini tapa bilmir. Ədliyyə sistemi qadınların problemini həll eməyə kifayət etmir. Onlara yaxşı rəftar olunmur. Qadınlar polisə və məhkəməyə müraciət etdikləri zaman onlarla qeyri-bərabər rəftar olunur. Bu ayrı-seçkiliklər hələ də davam edir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə