"Onlar Qərbin əlində oyuncağa çevriləcək" - POLİTOLOQ ŞƏRH ETDİ
“Hər kəsə məlumdur ki, Fransa Paşinyan hakimiyyətə gəldikdən sonra Ermənistanda aktiv siyasət yürüdür. Qərbin apardığı siyasətin əsasında Ermənistandan Rusiyanı sıxışdırıb çıxarmaq dayanır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.
Politoloq bildirib ki, hazırda Rusiya-Ukrayna müharibəsi nəticəsində Rusiya müəyyən mənada siyasi-iqtisadi cəhətdən zəifləyib: “Bu baxımdan da Qərb Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb, çıxarmaq niyyətindədir. Rusiyanın əsas hərbi bazası da Ermənistan ərazisində yerləşir.
Hazırda Qərbin Ermənistanı silahlandırması sülh sazişinin bağlanmasına maneə olan əsas amillərdən biridir. Çünki onlar yeni münaqişə ocağı yaratmaqla Azərbaycanla Ermənistan və Rusiya ilə Ermənistan arasında ciddi münaqişələrə səbəb olmaq istəyirlər. Lakin hazırda Ermənistanın nə Rusiya, nə də Azərbaycana yönəlik hərəkətlər etməyə gücü var. Onlar sadəcə olaraq Qərbin əlində oyuncağa çevriləcək, hətta bir dövlət olaraq məhv olub Rusiyanın işğalına məruz qalacaq. Bu baxımdan da Qərbin Ermənistanı silahlandırması yalnız Ermənistanın özünə ziyan vuracaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB