“Ermənistan Fransa üçün əlverişli bazar sayılır” - MÜNASİBƏT

“Ermənistan Fransa üçün əlverişli bazar sayılır” - MÜNASİBƏT

“Fransanın Ermənistanın silahlandırılması istiqamətində həyata keçirdiyi siyasət onun ilk növbədə bölgə ilə bağlı geosiyasi maraqlarından irəli gəlir”. Bunu SİA-ya açıqlamasında politoloq Elşən Manafov deyib.

Onun sözlərinə görə, Fransa Qərb alyansının üzvi kimi Ermənistanın Rusiyanın təsir dairəsindən qoparılması üçün kifayət qədər fəallaşıb. Rusiya ilə Ermənistanın münasibətlərində problemlərin kəskinləşəcəyi təqdirdə onun təhlükəsizliklə bağlı təminatını öz üzərinə götürəcəyini vəd edib: “Diğər tərəfdən Fransa silah ixracı ilə məşğul olan dövlətdir, dünya silah bazarında 4-cü yeri tutur, bu mənada Ermənistan Fransa üçün əlverişli bazar sayılır. Fransa AB nin üzvi kimi Ermənistanın Azərbaycanla münasibətlərinin Brüssel formatı çərçivəsində həllinin tərəfdarıdır və açıq desək, ermənipərəst mövqe tutur, buna görə də, Azərbaycan Prezidenti cənab İlham Əliyev onun vasitəçiliyi ilə danışıqların aparılmasından imtina etmişdir. Brüssel formatında danışıqlarda erməni tərəfinin irəli sürdüyü 3 şərtdən ikisi xeyrimizə deyil, halbuki AB və Fransa bu təklifləri məqbul bilirlər. Ermənistanın silahlandırılması əslində bölgəni yeni müharibə ilə təhdid etməkdir, hazırda Fransa bu işlə məşğul olur. Ermənistanı Azərbaycana qarşı yeni müharibəyə sürükləməklə, Fransa onun Rusiya ilə münasibətlərin də gərginliyin daha da artmasına hesablanmış mövqe sərgiləyir, zira Azərbaycan Ermənistana hücum etmədiyindən Rusiya və KTMT kənarda qalacaq, bu isə Paşinyana Rusiyanı müttəfiqlik öhdəliklərini yerinə yetirməməkdə ittiham edib, KTMT-dən, habelə Aİİ-dən çıxmasına əsas verəcək. Azərbaycana olan təzyiq isə, onun müstəqil siyasət yeritməsi və Qərbin israrlı təkliflərinə baxmayaraq, onların təklif etdikləri qaydalar çərçivəsində oynamayacağı ilə bağlı siyasi iradə və qətiyyəti ilə bağlıdır. Bütövlükdə bölgə uğrunda güclənməkdə olan qarşıdurmada dəhlizlər, onların marşurutları ilə bağlı amillər də ciddi rol oynayır”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə