“Əli Kərimlinin əməlləri ləyaqətsizlikdir” - MÜNASİBƏT

“Əli Kərimlinin əməlləri ləyaqətsizlikdir” - MÜNASİBƏT

“Qələbəmizin siyasi cəhətdən möhkəmləndirilməsi və işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinin aparılması istiqamətində işlər uğurla davam etdirilir. Sübhəsiz ki, qarşıdakı illərdə Qarabağda aparılacaq quruculuq işləri ölkəmizin həyatına çoxsaylı yeniliklər gətirəcək”. Bunu SİA-ya açıqlamasında "Azadlıq Hərəkatçılar Birliyi"nin sədri Təhmasib Novruzov deyib.

Onun sözlərinə görə, Böyük Qayıdış keyfiyyətcə yeni bir həyata qayıdış olacaq: “30 il əvvəl öz evlərini tərk etmiş sakinlər layiqli həyat şəraiti ilə təmin olunmuş müasir kəndlərə və şəhərlərə qayıdacaqlar. İşğaldan azad edilmiş ərazilərdə görülən genişmiqyaslı quruculuq işlərin, həyata keçirilən tədbirlərin sürətlə aparılması bəzi qüvvələri narahat edir. Əli Kərimli və onun trol dəstəsi Qarabağda aparılan genişmiqyaslı quruculuq abadlıq işlərinə kölgə salmaq üçün xırda çatışmazlıqları hansısa məişət problemlərini qabardıb ondan siyasi dividend əldə etməyə çalışması ləyaqətsizlikdir. Ümumiyyətlə, radikal müxalifət düşərgəsini təmsil edən şəxslərin Azərbaycan dövlətinin əldə etdiyi uğurlara kölgə salmağa çalışmaları onların qəlbi qara olmasından və hansısa xarici havadarlarının növbəti tapşırıqlarını yerinə yetirməsindən xəbər verir. Əlbəttə ki, onların bu cür hərəkətlərə əl atmaları heç vaxt onlara başcalığı gətirməyəcəkdir. Nə müxalifət qüvvələrinin, nə də onların xarici ağalarının məkrli istəkləri baş tutacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə