Xankəndidə keçirilən Zəfər Paradı bütün suallara cavabdır – ŞƏRH EDİLDİ
“Bu gün xalqımız Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsinə qızıl hərflərlə yazılmış “Zəfər Günü”nü böyük təntənə ilə qeyd edir. Noyabr ayı həm də tariximizdə möhtəşəm bayramlar ayı kimi qalacaqdır. 44 günlük müharibədən sonra 30 ildən artıq erməni işğalı altında olan torpaqlarımızı düşməndən azad edildi, Azərbaycan qələbə qazandı, düşmən ordusu darmadağın olundu. Vətən müharibəsində 300-ə yaxın yaşayış məntəqəsi o cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərləri, Hadrut, Suqovuşan və digər qəsəbələr döyüş meydanında azad edildi. Noyabrın 8-də cənab Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşanın düşməndən azad edilməsi xəbərini böyük sevinc hissi ilə, qururla xalqımiza çatdırdı. Bununla da, qaçqın, məcburi köçkün həyatı yaşayan soydaşlarımızın 30 illik vətən, yurd həsrətinə son qoyuldu. Vətənimizin azadlığı uğrunda minlərlə qəhrəman oğullarımız canlarını fəda etdi, şəhid oldu, qazi oldu. Bu qələbə hər birimizi qürurlandırır. Bu gün Qalib Azərbaycan əsgərinin ayaq səsləri Qarabağdan gəlir, Zəfər Paradı bu dəfə erməni separatçılarının əsarətdə saxladığı Xankəndidə keçirilir”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat bildirib ki, Xankəndidə hərbi Paradın keçirilməsi Qarabağda və Şərqi Zəngəzurda suveren hüquqlarımızın bərpasının ən böyük sübutudur: “Azərbaycan xalqı uzun illər bu istəyə can atırdı, Qarabağın erməni işğalından azad olunması əsas məqsəd idi. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin fəaliyyətinin prioriteti 30 il davam edən ədalətsizliyə son qoymaq, 200 il ərzində itirilən torpaqların geri qaytarmaq idi. Cənab Prezident Xankəndində keçirilən paradda çıxışı zamanı üç il bundan əvvəl Qarabağın tacı olan Şuşa şəhərinin işğalçılardan azad edilməsi ilə müharibədə tam olaraq dönüşün baş verməsindən danışdı. Bir gün sonra isə düşmən ordusu təslim oldu və ağ bayraq qaldırdı. Azərbaycan xalqı uzun illər ərzində işğal dövründə bir nöqtəyə vururdu ki, tezliklə bizim torpaqlarımız işğalçılardan azad edilsin. Biz bu müqəddəs günü hər gün, hər saat öz əməyimizlə, işimizlə yaxınlaşdırırdıq. Sözü və əməli bir olan Prezident İlham Əliyev qeyd etdi ki, birinci dəfə Azərbaycan xalqı mənə böyük etimad göstərəndə, 20 il bundan əvvəl Prezident kimi əziz xalqıma söz vermişdim: əlimdən gələni edəcəyəm ki, biz ərazi bütövlüyümüzü bərpa edək. Həm seçkilər ərəfəsində, həm andiçmə mərasimində doğma xalqıma söz vermişdim ki, gün gələcək biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq. Bəli, bu gün gəldi, Azərbaycan suverenliyini tam olaraq bərpa etdi, Vətənimizin hər qarışında şanlı üçrəngli bayrağımız dalğalanır. Buna ordu-xalq birliyi və Prezident İlhan Əliyevin qətiyyəti, siyasi iradəsi və sərkərdəlik məharəti ilə nail olduq. Xankəndidə keçirilən Zəfər Paradı bütün suallara cavabdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB