"Konstitusiyanın qəbulu Azərbaycan tarixindən ən əlamətdar hadisələrdən biri idi" - MÜNASİBƏT

"Konstitusiyanın qəbulu Azərbaycan tarixindən ən əlamətdar hadisələrdən biri idi" - MÜNASİBƏT

“1995-ci ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya Komissiyası müstəqil Azərbaycanın ilk Konstitusiya hazırladı. Noyabr ayının 12-də ümumxalq səsverməsi yolu ilə Konstitusiya qəbul etdi”. Bunu SİA-ya açıqlamasında hərbi ekspert, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sərdi Emin Həsənli deyib.

Onun sözlərinə görə, Konstitusiyanın qəbulu Azərbaycan tarixindən ən əlamətdar hadisələrdən biri idi: “Bu konstitusiyanın qəbulu Azərbaycanın hüquqi demokratik, dünyavi dövlət olduğunu dünyaya nümayişi idi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət quruculuğu bütün sahələrdə uğurlar qazandığı kimi hüquqi bazanın yaradılması da, konstitusiyanın ayrı qanun qəbul edilməsi də və bütün qanunların konstitusiyaya uyğunlaşması prosesiin də Azərbaycan böyük yol keçdi. Yəni həm dövlət qurulurdu, dövlətin ayrı-ayrı nazirlikləri institutuları formalaşırdı, eyni zamanda, beynəlxalq əlaqələrimiz güclənirdi, ölkə iqtisadiyyatı güclənirdi, “Əsirin müqaviləsi” bağlandı, ordu quruculuğu istiqamətində xeyli işlər görüldü. Bunların hər birinin hüquqi bazası üçün sistemli, ardıcıl, məqsədyönlü işlər. Konstitusiyaya bir neçə dəfə əlavə və dəyişikliklər edilib. Ancaq konstitusiyanın əsas prinsipləri qalır və daimi olaraq qalacaq. Azərbaycan türk aləmində, Şərqdə ilk demokratik respublika yaratmış bir dövlətidir, parlament formalaşdırmış bir xalqdır və bu ənənələrə sadiq qalaraq demokratik, hüquqi, dünyəvi, unitar bir dövlət quruluşu həyata keçirilib. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu konstitusyon bərpa edib, dövlətçiliyi daha da möhkəmləndirib, gücləndirib və hər tərəfli istiqamətdə davamlı islahatlar aparır”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə